“Kaspersky Lab” 2017-ci il üzrə kiberproqnozlarını açıqladı

11/01/2017 [21:52] - Mədəniyyət (186)



Hər il olduğu kimi, bu il də “Kaspersky Lab” şirkəti ənənəyə sadiq qalaraq gələcək 12 ay üzrə proqnozlarını açıqlayıb.
 
Ekspertlərin fikrincə, 2017-ci ildə məlumatların konfidensiallığının və istifadəçilərin şəxsi həyatlarının incəliklərinin qorunması, kriptovalyutaların inkişaf etdiyi bir dövrdə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda getdikcə mürəkkəb və çətin hal alan hədəf hücumlarının tanınması ən vacib məsələlərə çevriləcək.
 
“Kaspersky Lab” şirkətinin ekspertlərinin fikrinə əsasən, APT növlü mürəkkəb hücumların gizlilik və nəzərə çarpmamazlıq tendensiyası 2017-ci ildə yeni istiqamətdə inkişaf edəcək, belə ki, cinayətkarlar “qısamüddətli yoluxma”lara üstünlük verəcək, hakerlər sistemdəqalma müddəti əhəmiyyətli olmayan proqram və alətlərdən istifadə edəcəklər.
 
Bununla yanaşı, son ayların hadisələri göstərir ki, kiberhücumlar getdikcə siyasi xarakter almağa başlayır. Xüsusən də dövlət səviyyəsində böyük kibercasusluq kampaniyalarının aşkarlanması ciddi geosiyasi problemlərə yol aça bilər. Digər tərəfdən isə bu hal böyük ehtimalla daha “problemli” insidentlərin görməzdən yaranmasına və geniş kütləyə çatmamasına gətirib çıxaracaq. O cümlədən bu cür hallarda hökumətlərin qarşısında hücumların bütün tərəflər üçün qəbul edilən və uyğun səviyyəsini müəyyənləşdirmək kimi mühüm məsələnin həlli dayanır.
 
Əgər APT hücumları diplomatik konfliktlərə yol açarsa, internetdə istifadəçilərin müxtəlif veb-serverlərdən oğurlanmış şəxsi məlumatların yayılması informasiya müharibələrinə səbəb ola bilər. Kibercinayətkarlar tərəfindən, xüsusən də məşhurlara məxsus informasiyanın məqsədli şəkildə sızdırılması cəmiyyət və KİV tərəfindən daha çox diqqət cəlb edir. Bu məlumatları əldə etməklə cinayətkarlar rahatlıqla ictimaiyyətin fikrini manipulyasiya edə və ya mübahisəli mövzularda yoxlanılmamış faktlar yaya bilərlər.
 
Lakin istifadəçilərin şəxsi həyatlarının məlumatları sadəcə cinayətkarların qeyri-qanuni hərəkətlərinə görə təhlükəylə üzləşməyəcək. Böyük korporasiyalar və servislər artıq uzun müddətdir ki, dünyada milyonlarla insanın şəxsi məlumatlarını toplayır və onların internetdə fəaliyyətlərini izləyir. Faktiki olaraq istifadəçilər “əsir” vəziyyətindədirlər, çünki hazırda proqram təminatı və saytlardan şəxsi məlumatlarımızı daxil etmədən tətbiq yükləmək, dostlarla əlaqə yaratmaq məqsədilə istifadə etmək mümkün deyil. Şirkətlər bu informasiyanı ciddi şəkildə qoruduqlarını bildirsələr də, məlumat sızması hadisələri daha geniş vüsət almaqda davam edir. Ehtimal edilir ki, yaxın gələcəkdə istifadəçilər özləri şəraitə nəzarət etmək istəyərək hansı məlumatlarını şirkətlə paylaşacaqlarına, hansıları isə məxfi saxlayacaqlarına qərar verəcəklər.
 
2017-ci ildə kibercinayətkarlar pul oğurlamaq üçün müxtəlif yollarla kiberhücumlar həyata keçirəcəklər. “Kaspersky Lab” şirkətinin ekspertləri düşünürlər ki, yeni ildə cinayətkarların diqqət mərkəzində sadəcə banklar deyil, həm də fond birjaları və investisiya fondları kimi maliyyə təşkilatları da olacaq.
 
Bununla belə, bu ilin əsas maliyyə problemi kriptovalyutalarla əlaqədar olacaq. Son bir neçə ildə bu sahədə çox böyük dəyişikliklər baş verib: əgər əvvəllər bazarda sadəcə bir bitkoin var idisə, bu gün müxtəlif kriptovalyutaların sayı artıq 50-yə çatır ki, onlardan da 10-u ciddi bazar kapitallaşmasına malikdir. Dövlətlər də artıq virtual pulların varlığı ilə barışır və tədricən onları öz maliyyə sistemlərinə daxil edirlər. Bu il kriptovalyuta bazarında istehsalın arxasında real banklar duran yeni nümunələrin meydana çıxması halı da istisna olunmur. Yaranmış  bu şəraitlə əlaqədar olaraq, blokçeyn texnologiyası istifadə edilən bir sıra bank əməliyyatları və onlara əsaslanan rəqəmsal valyutalar yeni təhlükələrlə üzləşə bilərlər. İnformasiya təhlükəsizliyi sahəsinin qarşısında isə yeni kriptovalyuta infrastrukturunun qorunması məsələsi duracaq.
 
“Daha çox maliyyə əməliyyatlarında istifadə olunan blokçeyn texnologiyası istənilən informasiyanın təhlükəsizliyinin təmin olunmasında alternativ üsula çevrilə bilər. Müəyyən qaydalar əsasında qurulmuş və şirfrələmə ilə qorunan zəncir prinsipinə əsasən informasiya ötürülməsinin hər mərhələsində məlumatların sadəcə bir bloku emal olunur. Buna müvafiq olaraq, cinayətkarlar hücum zamanı lazımi bütün məlumatları əldə edə bilmədiklərinə görə əməliyyat prosesinə nəzarət edə bilmirlər. Bu prinsipi bütün internetə tətbiq etmək mümkündür. Blokçeyn bazasında tətbiqlərin sistemini yaratmaq olar ki, onların proqram və xidmətlərin fərqli komponentləri bir məlumat mərkəzində deyil, blokçeyn şəbəkəsinin bütün iştirakçıları arasında paylanır. Bu yanaşma nəinki məlumat oğurluğunun qarşısını alacaq, həm də şirkətlərin və dövlətin də keçid əldə edə bilməyəcəyi yüksək səviyyəli informasiya konfidensiallığını təmin edəcək”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş eksperti Aleksandr Qostev bildirib.
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
19/10/2017 [11:05]:
DTX xüsusi əməliyyat keçirdi - Yarım milyondan çox saxta aksiz markası aşkarladı
19/10/2017 [10:58]:
Nazirlik idarə rəisini cərimələdi
19/10/2017 [10:51]:
Bakıda universitetdə tələbələr arasında kütləvi dava - Video
19/10/2017 [10:43]:
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
19/10/2017 [10:07]:
Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb
19/10/2017 [09:21]:
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
19/10/2017 [02:08]:
“Vacib xal qazandıq” - Qurban Qurbanov
19/10/2017 [00:36]:
Vahid Əhmədov: Obyektlərdə yoxlamalar 2021-ci lə qədər dayandırılacaq
18/10/2017 [23:45]:
ABŞ-da silahlı insident - 3 ölü, 2 yaralı
18/10/2017 [22:39]:
Kseniya Sobçak seçkilərdə Putinə rəqib oldu
18/10/2017 [22:18]:
"Qarabağ"- "Atliko Madrid" qarşılaşması bitdi - Rəqib komanda azlıqda qalan "Qarabağ"ı uda bilmədi
18/10/2017 [21:37]:
TANAP üçün 500 milyon dollar kredit ayrıldı
18/10/2017 [20:43]:
Prezidentdən polislə bağlı sərəncam
18/10/2017 [20:22]:
Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı
18/10/2017 [19:51]:
Prezidentdən yeni sərəncam - Kimlər təltif edildi?
18/10/2017 [19:33]:
Müğənni dövlət komitəsini məhkəməyə verib
18/10/2017 [19:27]:
30 yaşlı azərbaycanlı qaçqın afrikalıların qanını tökdü
18/10/2017 [19:16]:
"Qarabağ" və “Atletiko” komandalarının start heyətləri açıqlanıb
18/10/2017 [19:11]:
Prezidentin sabiq mühafizəçisi niyə və kimlər tərəfindən hücuma məruz qalıb? - Bakıdakı atışmanın tam təfərrüatı
18/10/2017 [18:57]:
Əlillərin pensiyası kəsiləcəkmi? - Nazirlikdən açıqlama
18/10/2017 [18:45]:
Elmi-Cərrahiyyə Mərkəzində ölüm hadisəsi - 8 yaşlı uşağın ürəyini yoxlamadan ona narkoz verilib
18/10/2017 [18:23]:
Azərbaycanda portağal 50% bahalaşdı
18/10/2017 [18:11]:
Avtomobil nömrələri üçün dövlət standartının tələbləri
18/10/2017 [17:58]:
"Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı
18/10/2017 [17:42]:
Dəniz Baykal ölüm ayağında
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
General 7 rayonun hərbi komissarını işdən çıxardı - Siyahı
Qaz, su və işığ xüsusilə külli miqdarda talayanlara 7 ilədək həbs cəzası  - Prezidentdən təklif
Hərbi xidmətlə bağlı dəyişiklik edilir  - Yeni bəndlər
İlham Əliyevdən yeni təyinatlar - tam siyahı
Nazir şöbə müdirini işdən çıxartdı
Rəis müavininin güllələnməsi ilə bağlı yeni Təfərrüatlar
Prezidentdən polislə bağlı sərəncam
İmişlidə milyarderin bacısı oğlu öldü - qəza
Prezidentin mühafizəçisi və polislərə kim hücum edib? - Qanlı olayla bağlı yeni məlumat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin