Nəsimi rayonunda 2016-cı ilin yekunlarına qiymət verildi

11/01/2017 [17:03] - Mədəniyyət (161)



Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində  keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
           Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirmşdir ki, hesabat dövründə SİƏD-in ərazisində yerləşən      Moskva prospekti 46 ,52 ,62, 70, 74, 82, 86 saylı binaların, Məmmədcəfər Cəfərov küçəsi 1 saylı binanın və Cavadxan küçəsi 58, 60 saylı binaların fasadları təmir olunmuşdur, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Hüseyn Bala Əliyev küçəsi 38, 42 saylı binaların, Əliisgəndər İsgəndərov küçəsi 3/1 saylı binanın arxa və qarşı hissəsində, 20 Yanvar küçəsi 39, M.Cəlal 54,60,62,64 və 66 saylı binaların ön və arxa hissəsində yerləşən qanunsuz çəkilmiş çəpərlər sökülərək təmizlənmiş və abadlıq işləri görülmüşdür.
  Nəsimi rayonu  İcra Hakimiyyəti tərəfindən birinci mikrorayon ərazisində  Azərbaycanın Milli Qəhrəmanı Asif  Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan parkda  əsaslı təmir işləri aparılmışdır. Burada sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər biri 20 kv.m olan  3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda  2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir, gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənmiş, 500 m bardür qoyulmuşdur, ərazini gecə işıqlandırmaq üçün yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır. Parkın ətrafındakı yaşayış binalarının,  Moskva prospekti 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni  qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.  14 iyul  -  Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.  
  İDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5, 240, 54, 159 saylı orta məktəblərin həyətinə və Autizm mərkəzinin həyətinə, 20 yanvar abidəsinin ətrafına, Asif Məhərrəmov və 20 Yanvar küçələrində  iməcilik keçirərək ağaclar, gül kolları əkilmişdir. Abadlaşdırılan küçələrdə qazon örtükləri yeniləri ilə əvəz olunmuşdur.
  Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. 
  Nəsimi rayonu  247 saylı tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmamışdır.  Məktəbdə məskunlaşan 3 məcburi köçkün ailəsi başqa ünvanda yeni mənzillə təmin olunaraq köçürülmüş və məktəbdə təmir işləri qısa müddətdə ən yüksək səviyyədə icra olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 7-də 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. 247 saylı məktəbin əsaslı təmiri Möhtərəm Prezidentin təhsilə göstərdiyi qayğının bariz nümunəsi və  Prezident İlham Əliyevin açılış mərasimində iştirakının məktəbin  fəaliyyət tarixində ən əlamətdar və unudulmaz hadisə olduğunu diqqətə çatdırmışdır. “Abad həyət”  layihəsi çərçivəsində yeni təmir olunmuş Hüseyn Seyidzadə 16a sayli bina və həyəti sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir, yolların kənarlarına bardürlər düzülmüşdür. Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün  suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətin işıqlandırılmasi uçun yeni işıq dirəkləri quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün söhbətgah quraşdırılmışdır.  Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün  “Abad həyət”də  mini futbol meydançası da salınmışdır. Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Seyidzadə 16A ünvanından başlayaraq M.Cəlal 52, 58, 60 ,62 saylı binaların ətrafı, 156 və 162 saylı bağçaların qarşısı yeni asfalt örtüyü çəkilmişdir və 247 saylı məktəbin ətrafında olan binaların fasadı rənglənmişdir.       
  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016 - cı ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
  YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək 2016-cı ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş layihələr haqqında danışaraq görülən işlərin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.
  Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun həyat yoldaşı Sevinc İbrahimova   da çıxış edərək yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 35 ünvanındakı binanın həyətində  rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşının yeni baraleyfinin  qoyulması ilə bağlı ailəsi adından minnətdarlığını bildirdi.
  Hesabat yığıncağında rayon sakinlərindən “Tarixi araşdırmalar” İB-nin sədri Əlövsət  Qasımov, hüquq elmləri doktoru Əli Eyvazov, şairə Pərvanə Mustafayeva, Elmar Əsgərov, Zabit Quliyev, Zərifə Ömərova və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

           

Son 1 ildə Türkiyədə kim gücləndi, kim zəiflədi? - təhlil
İlham Əliyev ağac kəsən məmurları hədələdi
Akademik Anatoli Peşko: Dünya müharibəsi Qarabağdan başlaya bilər
Ərəblərin faciəsini yaşamamaq üçün nə etmək lazımdır? - təhlil
İlham Əliyev avtoxuliqanın general atasını işdən qovdu - rəsmi-yenilənib
Xəbər lenti
20/07/2017 [22:37]:
Gələn həftə müəllimlərin imtahanı başlayır
20/07/2017 [21:48]:
Bakıda odlu silahdan atəş açan şəxs tutulub
20/07/2017 [20:55]:
Rövnəq Abdullayev: “TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb”
20/07/2017 [20:32]:
Ev verilən jurnalistlərin adları açıqlanıb - tam siyahı
20/07/2017 [20:23]:
Küveyt hökuməti 15 iranlı diplomatı ölkədən qovur
20/07/2017 [19:50]:
Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib
20/07/2017 [19:29]:
Azərbaycana tropik hava kütlələri daxil olub
20/07/2017 [18:57]:
Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"
20/07/2017 [18:21]:
Prezident: “Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb”
20/07/2017 [17:53]:
ABŞ-da neft hasilatı tarixirekord həddə çatıb
20/07/2017 [17:16]:
Gömrük Komitəsindən Ukraynadan gətirilən toyuqlarla bağlı açıqlama
20/07/2017 [16:59]:
Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalı artırılır
20/07/2017 [16:49]:
Hacıbala Abutalıbovun müavini vəfat edib
20/07/2017 [16:41]:
"Qarabağ"ın cavab oyununun da vaxtı açıqlandı
20/07/2017 [16:36]:
Əmək pensiyaçılarının sayı açıqlanıb
20/07/2017 [16:19]:
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
20/07/2017 [15:51]:
Kiyev BMT-ni ittiham etdi
20/07/2017 [15:23]:
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 116 akt tərtib olunub
20/07/2017 [14:48]:
Aleksandr Lapşinə hökm oxunub
20/07/2017 [14:24]:
Penitensiar Xidmətin 6 əməkdaşı vəzifəsindən azad edilib
20/07/2017 [14:16]:
Saatlıda zəlzələ oldu
20/07/2017 [13:52]:
Hava günəşli olacaq
20/07/2017 [13:21]:
Bugünkü hərracda dollar ucuzlaşıb
20/07/2017 [13:15]:
İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub
20/07/2017 [12:58]:
Yararsız çıxarılan dondurmalar hələ də satışdadır! - təhlükə
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlər Kabineti 92 markalı benzinlə bağlı qərar verdi
Tarif Şurasından yeni qərarlar - yenilənib
İlham Əliyevdən yeni təyinat - sərəncam
Azərbaycanda Mübariz Mənsimova qarşı kütləvi etirazlar
İlham Əliyev ipotekanı asanlaşdırdı: minlərlə kasıb mənzil alacaq
Abşeron İcra Hakimiyyətinin işçiləri güllələndi
Azərbaycanda elm sahəsində ilk – 33 yaşda professor oldu
Rusiya Ermənistana dəhliz açmaq üçün irəliləyir - təfsilat
İlham Əliyev 12 sərəncam imzaladı
Putin benzinin bahalaşması haqda: “Biz buna imkan vermərik...”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin