“Türkologiya” jurnalının növbəti sayı çapdan çıxıb

11/01/2017 [18:41] - Mədəniyyət (183)



 “Türkologiya” jurnalının 2016-cı il üçün son sayı çapdan çıxıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq elmi jurnal Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin “Rusiyada əvvəlimci türk qəzetəsi” yazısı ilə açılır.
Dərginin “Dilçilk” rubrikasında M.Mahmudov, R.Fətullayev, S.Abbasov, Ə.Fətullayev və N.Abdullayevin həmmüəllifliyi ilə “Azərbaycan dili üçün NLP sistemləri və milli korpusun yaradılmasının nəzəri və tətbiqi məsələləri” məqaləsi dərc edilib.
Həmin rubrikada həmçinin polşalı müəllif Kamila Barbara Stanekin ingilis dilində işıq üzü görən məqaləsində “Türk, Azərbaycan və polyak dillərindən seçilmiş atalar sözlərində “söz” anlayışının qavranılmasında linqvistik oxşarlıqlar”dan söz açılıb.
Jurnalın “Mədəniyyət və incəsənət” rubrikasında yer alan Ərtegin Salamzadənin rus dilində qələmə aldığı “Türk təsviri sənətində Dədə Qorqud surəti” yazısında Dədə Qorqudun vizual surətinin tarixindən bəhs olunub: “Qorqudun vizual surəti XX yüzilliyin ortalarından başlayır. O vaxtdan türk ölkələrinin rəssamları Qorqudla bağlı süjetləri təsvir etməyə başlamışlar. Bu işdə Azərbaycan rəssamları ön sırada dayanır”. Müəllif Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, İsmayıl Məmmədov, Məmməd Şirzad və başqa görkəmli rəssamların Qorqudun portretlərini yaratdığını vurğulayıb və türksoylu rəssamların işlərinin hamısının seçdikləri Qorqud ikonoqrafiyası baxımından xeyli fərqləndiyini qeyd edib: “Qorqud müxtəlif atributlarla təsvir edilir. Bu, qopuz və ya dombra, qılınc, əsa və ya kitab ola bilər. Bundan asılı olaraq Qorqud müdrik, aşıq-dastançı, qam-ata (şaman), döyüşçü, hətta bəzən hökmdar kimi çıxış edir. Amma bir şey dəyişməz qalır. Bu, Qorqudun məkandakı koordinatlarıdır O, həmişə dünyanın mərkəzində yerləşib və təsvir edilmiş bütün hadisələr onun ətrafında cərəyan edir”.
Ukraynadan Yaroslav Pilipçukun “Mərkəzi Asiyanın türk tayfaları və Qaraxanlılar xaqanlığı”və Moldovadan Güllü Qərənfilin “Göyoğuzların (qaqauz) ənənəvi mədəniyyətinin aktuallaşdırılması özünü qoruyub saxlamanın yeganə yolu kimi” məqalələri jurnalın ənənəvi “Tarix və etnoqrafiya” bölümündə oxuculara təqdim edilib. Məqalələrdə müvafiq olaraq Qaraxanlılar və Mərkəzi Asiya tayfaları arasındakı münasibətlər, digər yazıda isə göyoğuz xalqının tarixi, türk dünyasındakı rolu haqqında qısa məlumat, eləcə də bu xalqın mədəniyyəti, milli ənənələri işıqlandırılıb, xristianlığın göyoğuzların etnik təkamülünə və əcdadlarının mənəvi mədəniyyətinə olan təsiri araşdırılıb.
Özbəkistandan Nilufər Maksudovanın “Dini yazılar atalar sözləri və aforizmlər mənbəyidir” yazısında vurğulanıb ki, özbək və ingilis dilllərində mövcud olan atalar sözü və aforizmlərin əksəriyyəti Quran, hədislər və Bibliya kimi müqəddəs kitabların əsasında meydana gəlib.
Jurnalın “Müzakirə və diskussiya” rubrikasında Abbas Abbasovun təqdim edilən “Yazılı abidələrin leksikoqrafiyasının əsasları” (“Kitabi-Dədə Qorqud dastanı əsasında”) məqaləsində yazılı abidələrin mətnləri əsasında müxtəlif növ lüğətlərin hazırlanması məsələsi işıqlandırılıb.
İrandan Bəhruz Bekbabayi məqaləsində “İranda Türkologiya: imkanları, problemləri və gələcəyi” ilə bağlı düşüncələrini bölüşüb.
Möhsün Nağısoylunun “Vasilyev A.D.Aeroplan “Oktyabrskiy alfavit” yazısı dərginin “Resenziyalar” rubrikasında oxucuların ixtiyarına verilib.
“Türkologiya” dərgisinin baş redaktoru, akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutan sözügedən jurnalın nəzdində ilk seminar haqqında material “Dəyirmi masalar” rubrikasında yerləşdirilib.
Jurnalın “Personalia” rubrikasında görkəmli türkoloqlar Aqafanqel Krımskinin 145, Annamari von Qobainin 115, Faqima Xasimovanın 80 və İsmayıl Məmmədlinin 70 illik yubileyi ilə bağlı yazılar yer alıb.
“Nekroloqlar” bölümündə Krım-tatar yazarı Rza Fazil və özbək şairi Abdulla Aripovun xatirəsi yad edilib.
Xatırladaq ki, “Türkologiya” beynəlxalq elmi jurnalı 1970-ci ildən ildə dörd dəfə olmaqla işıq üzü görür. 
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
19/10/2017 [11:05]:
DTX xüsusi əməliyyat keçirdi - Yarım milyondan çox saxta aksiz markası aşkarladı
19/10/2017 [10:58]:
Nazirlik idarə rəisini cərimələdi
19/10/2017 [10:51]:
Bakıda universitetdə tələbələr arasında kütləvi dava - Video
19/10/2017 [10:43]:
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
19/10/2017 [10:07]:
Azərbaycan cüdoçuları dünya birinciliyində 2 gümüş medal qazanıb
19/10/2017 [09:21]:
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
19/10/2017 [02:08]:
“Vacib xal qazandıq” - Qurban Qurbanov
19/10/2017 [00:36]:
Vahid Əhmədov: Obyektlərdə yoxlamalar 2021-ci lə qədər dayandırılacaq
18/10/2017 [23:45]:
ABŞ-da silahlı insident - 3 ölü, 2 yaralı
18/10/2017 [22:39]:
Kseniya Sobçak seçkilərdə Putinə rəqib oldu
18/10/2017 [22:18]:
"Qarabağ"- "Atliko Madrid" qarşılaşması bitdi - Rəqib komanda azlıqda qalan "Qarabağ"ı uda bilmədi
18/10/2017 [21:37]:
TANAP üçün 500 milyon dollar kredit ayrıldı
18/10/2017 [20:43]:
Prezidentdən polislə bağlı sərəncam
18/10/2017 [20:22]:
Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı
18/10/2017 [19:51]:
Prezidentdən yeni sərəncam - Kimlər təltif edildi?
18/10/2017 [19:33]:
Müğənni dövlət komitəsini məhkəməyə verib
18/10/2017 [19:27]:
30 yaşlı azərbaycanlı qaçqın afrikalıların qanını tökdü
18/10/2017 [19:16]:
"Qarabağ" və “Atletiko” komandalarının start heyətləri açıqlanıb
18/10/2017 [19:11]:
Prezidentin sabiq mühafizəçisi niyə və kimlər tərəfindən hücuma məruz qalıb? - Bakıdakı atışmanın tam təfərrüatı
18/10/2017 [18:57]:
Əlillərin pensiyası kəsiləcəkmi? - Nazirlikdən açıqlama
18/10/2017 [18:45]:
Elmi-Cərrahiyyə Mərkəzində ölüm hadisəsi - 8 yaşlı uşağın ürəyini yoxlamadan ona narkoz verilib
18/10/2017 [18:23]:
Azərbaycanda portağal 50% bahalaşdı
18/10/2017 [18:11]:
Avtomobil nömrələri üçün dövlət standartının tələbləri
18/10/2017 [17:58]:
"Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı
18/10/2017 [17:42]:
Dəniz Baykal ölüm ayağında
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
General 7 rayonun hərbi komissarını işdən çıxardı - Siyahı
Qaz, su və işığ xüsusilə külli miqdarda talayanlara 7 ilədək həbs cəzası  - Prezidentdən təklif
Hərbi xidmətlə bağlı dəyişiklik edilir  - Yeni bəndlər
İlham Əliyevdən yeni təyinatlar - tam siyahı
Nazir şöbə müdirini işdən çıxartdı
Rəis müavininin güllələnməsi ilə bağlı yeni Təfərrüatlar
Prezidentdən polislə bağlı sərəncam
İmişlidə milyarderin bacısı oğlu öldü - qəza
Prezidentin mühafizəçisi və polislərə kim hücum edib? - Qanlı olayla bağlı yeni məlumat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin