Əkrəm Həsənov: “Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir”

11/01/2017 [16:59] - İqtisadiyyat (284)



Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Azərbaycan prezidentinin əsas tənqid etdiyi sahə bank sektoru oldu. Prezident hətta bildirdi ki, ölkə iqtisadiyyatına ən böyük zərbəni bank sektoru vurub.

Bundan başqa, İ.Əliyev deyib ki, keçən il bank sektorunun sağlamlaşdırılmasına yönəlik önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı, cəza, inzibati tədbirlər görülüb. «Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərlə bundan sonra da ciddi mübarizə aparılacaq», – deyə prezident qeyd edib.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində prezidentin bank sektoru ilə bağlı fikirlərini şərh edib.


– Əkrəm bəy, prezident «İqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub» deyəndə nəyi nəzərdə tutur?

– İlk növbədə, bank sahiblərini və bank rəhbərlərini nəzərdə tuturdu. Çoxları məsuliyyətsiz və cinayətkar kredit siyasəti həyata keçirib. Faktiki, ya pulları bilərəkdən banklardan oğurlayıblar, ya da necə gəldi kredit verib bankları müflis vəziyyətə salıblar. Nəticədə problemli kreditlər artır, əmanətlər çıxarılır, kreditləşmə azalır, iqtisadiyyatda böhran dərinləşir. Buna görə də ötən il 11 bank bağlandı. Bu il də ardı olacaq. Digər tərəfdən, dövlət başçısı Mərkəzi Bankı (MB) da nəzərdə tuturdu, çünki bank sisteminin başında o durur və öz pul və məzənnə siyasəti ilə iqtisadiyyata zərbə vurdu.

– Bank sektorunun iqtisadiyyata zərbə vuracaq duruma düşməsinin günahkarı kimdir və ya nədir?

– Əsas günahkarlar başda MB olmaqla, bankirlərimizdir. Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatası da həmin siyahıya qoşuldu.

– Keçən il bank sektorunda sağlamlaşdırma ilə bağlı yetərli addımlar atıldımı?

– Bankların bağlanmasının özü müəyyən mənada sağlamlaşdırmadır, çünki xəstə hüceyrələri məhv etdilər ki, sağlamlar yoluxmasın. Amma bu, yarımçıq addım oldu. Bağlanmalı xeyli bank qalıb hələ. Digər tərəfdən, birbaşa sağlamlaşdırma, yəni hansısa bankın xilası baş tutmadı. Heç «Bank Standard»ı sağlamlaşdıra bilmədilər. Çünki həqiqi durum haqda təsəvvür yoxdur. Varsa da belə, onu üzə çıxarmaq istəmirlər, çünki üzə çıxarmalı olanların əliəyriliyinin nəticəsidir.

– Siz həmişə təklif edirdiniz ki, bankları pis duruma salanlar cəzalanmalıdır. Prezident deyib ki, qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq…

– Bəli, təəssüf ki, ötən il Cahangir Hacıyevdən (Beynəlxalq Bankın keçmiş sədri-red.) savayı, cəzalandırılan olmadı. Halbuki Beynəlxalq Bankdan başqa, «Bank Standard» və «Texnikabank» kimi iri banklar da çökdü və dövlətə xeyli zərər vurdu. Amma onların nə sahibləri, nə də idarəçiləri məsuliyyətə cəlb olundu. Əksinə, bəziləri hazırda heç nə olmamış kimi digər banklarda çalışır. Onlara bərbad nəzarət etmiş MB-dən də heç kəs cəzalandırılmadı. Ümid edirəm ki, prezidentin bu çağırışından sonra onları məsuliyyətə cəlb edəcəklər.

– Neft Fondundan Mərkəzi Banka transfert manatı qorumağa bəs edəcəkmi?

Manatın kəskin devalvasiyaya məruz qalmaması, yəni dolların 3 manatı keçməməsi üçün, böyük ehtimalla, kifayət etməlidir. Amma hər bir halda, devalvasiya tədricən davam edəcək. Burada əsas məsələ transfertin nə vaxt olacağıdır. Axı manat hər gün ucuzlaşır. Buna görə də 7.5 milyard manatın dəyəri də daimi deyil. Məsələn, ötən ilin əvvəlində təxminən 4.8 mlrd dollar edirdi, indi 4.2 mlrd dollar edir. Sabah nə qədər edəcək, bilinmir. Yəni burada qeyri-müəyyənlik var.
...
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
Ziya Məmmədovun müşaviri həbs oluna bilər - Təfsilat
"Bizim market"də müştərinin qolu sınıb - rəhbərlik müştərini günahkar çıxardıb
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
İlham Əliyevin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? - dosye
Xəbər lenti
17/01/2018 [10:17]:
Bələdiyyə sədrini amansızlıqla öldürən şəxsin qardaşı da qətl törədib
17/01/2018 [09:38]:
Hökumət ixracla bağlı yeni qərar verdi - rəsmi
17/01/2018 [00:03]:
İş adamı Ramiz Mehdiyevə şikayət etdi - açıq məktub
16/01/2018 [23:37]:
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər
16/01/2018 [22:45]:
Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq
16/01/2018 [21:21]:
Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxsi oğurladılar
16/01/2018 [20:33]:
Ramin Quluzadə Dövlət Dəniz Adminstrasiyasına getdi - Nazir tapşırıqlar verdi
16/01/2018 [19:40]:
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
16/01/2018 [19:19]:
Salyanda inkubator sexi yandı
16/01/2018 [18:40]:
Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16/01/2018 [18:21]:
“Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırlaşır
16/01/2018 [18:11]:
Son 59 ildə ilk dəfə olaraq Türkiyə prezidenti Vatikana səfər edəcək
16/01/2018 [17:47]:
“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
16/01/2018 [17:45]:
Ağciyər Xəstəlikləri İnstitutunda qalmaqal - Video
16/01/2018 [17:16]:
Dolların yeni məzənnəsi müəyyənləşdi
16/01/2018 [17:08]:
Xalq artisti reanimasiyaya yerləşdirildi
16/01/2018 [16:58]:
Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı
16/01/2018 [16:34]:
İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək istəyir
16/01/2018 [16:20]:
Qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub
16/01/2018 [15:57]:
Kiyevdə çaxnaşma - Radanın önünə 4 min polis yeridildi
16/01/2018 [15:40]:
Orduya yeni çağırılan gənclər hərbi hissələrə necə qəbul olunur? - Video
16/01/2018 [15:29]:
Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər
16/01/2018 [15:17]:
Şamaxıda vulkan püskürüb
16/01/2018 [15:02]:
Aygün Kazımova Bakının mərkəzində qayda pozdu - Video
16/01/2018 [14:44]:
Ərdoğandan NATO-ya xəbərdarlıq
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
İlham Əliyev nazir müavinini işdən çıxartdı
Azərbaycanda olan iki rus kəndi köçürülür - Putindən göstəriş
Şəmkirdə “yeni il qalmaqalı” - İcra başçısı məmurlara “çek” yolladı
İlham Əliyev Əhəd Abıyevlə bağlı sərəncam verdi
Fazil Məmmədovun “kassiri” istintaqa cəlb olundu - Eldar Mahmudovla əlbir olduğu üçün
Fazil Məmmədovdan gözlənilməz addım - nazir müavinini istefaya göndərdi
Mikayıl Cabbarov məşhur bəstəkarın oğluna da vəzifə verib
Məlum və naməlum Putin: Onun hədəfi nədir? - Təhlil
Bakıda deputatı komaya saldılar - təfsilat
Mirşahin telekanal açır - Komandasında kimlər var?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin