Vəkili Akif Çovdarovu təmizə çıxarmağa çalışır

11/01/2017 [16:58] - Hadisə (169)



Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Elman Salmanov ifadə verib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: “Əvvəlcə deyirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, İlham Xəlilov ona deyib ki, əgər 150 mini verməsə onun başına torba keçirəcəklər”.


Elman Salmanov isə jurnalistlərə açıqlamasında bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, o, İlham Xəlilova 150 min manat verib:”Bir maşınımız var idi onu da satdıq pulun verdik. Mən Akif Çovdarovu görməmişəm. Məhkəmədə Akif Çovdarov mənə dedi ki, elə bir şey var idisə Binəqədinin ağsaqqalı var. Ona deyərdin ki, Akif məndən bu qədər pul istəyir. Mən də heç nə demədim. İşlə bağlı olan hər şeyi də kiməsə demək olmur axı”.

Vəkil Sadiq Rəsulov açıqlamasında onu da bildirib ki, Akif Çovdarov məhkəmədə çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib:”Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib”. (APA)
Rusiyalı ekspert: Müharibə Qarabağın astanasındadır
Əli Kərimlinin müavini həbs edildi
Azərbaycanda nazir müavinləri ixtisar edilir - siyahı
Rusiyanın "Konqres oyunu"nun arxasında nə dayanır? - təhlil
Sabit Bağırov: "Rəsul Quliyevə zəng vurduğum axşam sərəncam verildi"
Xəbər lenti
29/05/2017 [19:12]:
Akademik Milli Dram Teatrının iyun ayı üçün repertuarı açıqlanıb
29/05/2017 [18:29]:
Bakıda şərnişin avtobusun açıq qapısından yıxılaraq ölüb
29/05/2017 [18:16]:
Elmar Məmmədyarov Kolumbiyaya gedib
29/05/2017 [18:07]:
"Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb
29/05/2017 [17:18]:
"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib
29/05/2017 [16:25]:
Qırğız Respublikasında prezident seçkilərinin tarixi açıqlanıb
29/05/2017 [15:06]:
Siyəzəndə zibillikdən silah-sursat tapıldı
29/05/2017 [15:01]:
Bayram günü baş verən yol qəzalarında 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb
29/05/2017 [14:17]:
Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilir
29/05/2017 [14:14]:
İlham Əliyev generala yeni vəzifə verdi - sərəncam
29/05/2017 [13:18]:
ABŞ-ın Yuta ştatının Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyannamə qəbul edib
29/05/2017 [12:51]:
Kaliforniya Senatının və Assambleyasının üzvləri Azərbaycanla bağlı qətnamə qəbul ediblər
29/05/2017 [12:27]:
Sabah 29 dərəcə isti olacaq
29/05/2017 [12:11]:
Ermənistan atəşkəsi 116 dəfə pozub
29/05/2017 [12:08]:
Azərbaycan çəkilən siqaretlərin sayına görə dünyada 13-cüdür
29/05/2017 [11:40]:
Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib - siyahı
29/05/2017 [11:11]:
Yunanıstanın sabiq baş naziri vəfat edib
29/05/2017 [10:44]:
Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb
29/05/2017 [10:17]:
Totti “Roma” ilə vidalaşdı - video
29/05/2017 [09:53]:
Kann kinofestivalının qalibi məlum olub
29/05/2017 [09:11]:
Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"
29/05/2017 [08:32]:
Bakıda avtobusda 22 yaşlı qızın beli qırıldı
29/05/2017 [00:18]:
Bakıda yol polisi sürücünün ölümünə səbəb oldu - video
28/05/2017 [23:29]:
"Beşiktaş" Türkiyə çempionu olub
28/05/2017 [22:20]:
Cocuq Mərcanlıda gün ərzində 1 168 ədəd qəlpə aşkar edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanın məşhur universiteti ləğv edilir - layihə
Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu – özəl
İlham Əliyev generala yeni vəzifə verdi - sərəncam
Hökumətin radikal islahat paketi: vitse-prezidentlər təyin edilir və ...
Bakıda iş adamının arvadı onu izləyən polisi döyüb - təfsilat
Azərbaycanda nazir müavinləri ixtisar edilir - siyahı
İlham Əliyev yeni sərəncam imzaladı
Bakının məşhur yolu ləğv edildi - rəsmi
Ramil Usubov polkovnikə yeni vəzifə verdi - rəsmi
Bakıda məşhur iş adamı özünü niyə güllələdi? - məhkəmə işi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin