Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində vəkillər müdafiə çıxışı edib

11/01/2017 [16:57] - Gündəm (144)



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Əsgərovun vəkili Elvin Səlimov, U.Bəşirovun vəkili Vüsal Hüseynov və N.Orucovun vəkili Pərviz Zamanlı müdafiə çıxışı edib. Vəkillər müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən M.Mahmudovun vəkili İlhamə Həsənova isə müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 17-də davam edəcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Q.Novruzovun 7 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.
Müharibə də siyasətin davamı deyilmi? - təhlil
İlham Əliyev generalları döyüş bölgəsinə yolladı
Azərbaycan üçün hansı təhlükəsizlik müstəvisi cəlbedicidir? - təhlil
Yoxsa Azərbaycan da "ərəbləşmək"də və "iranlaşmaqda"dır?
"Standard & Poor's": Azərbaycanda dolların məzənnəsi 1,87 manata yüksələcək
Xəbər lenti
22/08/2017 [00:37]:
Əfqanıstan paytaxtında partlayış
21/08/2017 [23:40]:
Dələduzluqda təqsirləndirilən müəlliməyə hökm oxundu
21/08/2017 [22:37]:
Avropadan Sakit Okeana qədər dəmir yolu çəkilir
21/08/2017 [21:36]:
Kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü - Video
21/08/2017 [20:30]:
Ali məktəblərin boş qalan plan yerlərinə 621, kolleclərə 7806 nəfər qəbul olub
21/08/2017 [20:14]:
Salyanda iki maşın toqquşdu - biri transformatora, o biri divara çırpıldı
21/08/2017 [19:26]:
Baş redaktor DTX-ya çağırıldı
21/08/2017 [19:15]:
Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
21/08/2017 [19:11]:
Suriya ordusu Hələbi İŞİD-çilərdən tam təmizlədi
21/08/2017 [18:45]:
İlham Əliyev “İçərişəhər”ə yeni direktor təyin etdi
21/08/2017 [18:24]:
Bir qrup hüquq müdafiəçisi "Turan" bağlı prezidentə müraciət etdi
21/08/2017 [18:13]:
Jurnalisti döyüb öldürənlərin şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
21/08/2017 [17:52]:
“Saakaşvili sərhədi keçən kimi güllələyin!”
21/08/2017 [17:35]:
Gövhər Baxşəliyevanın adından yalan açıqlama yayılıb? - akademik "kürd məsələsi"nə aydınlıq gətirdi
21/08/2017 [17:21]:
Dolların sabaha olan məzənnəsi
21/08/2017 [17:18]:
Ərdoğan: "Türkiyə və İran regionda birgə əməliyyatlara başlayır"
21/08/2017 [17:15]:
Öz maşınına “Satılır” elanı yazanlar cərimələnəcək - 50-2000 AZN
21/08/2017 [16:55]:
İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - ARAŞDIRMA BAŞLAYIB
21/08/2017 [16:47]:
Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb
21/08/2017 [16:30]:
Sumqayıtda dövlət idarəsindən oğurluq edilib
21/08/2017 [15:52]:
Binəqədi sakinləri həyəcan təbili çalır - “Zəlzələ olsa, bu binada azı 200 adam öləcək”
21/08/2017 [15:18]:
Fransada sürücü maşını insanların üstünə sürüb
21/08/2017 [15:10]:
Azərbaycanlı iki azyaşlı uşağını oğurlayıb Bakıya yola düşdü
21/08/2017 [14:48]:
ABŞ Rusiya vətəndaşlarına viza verilməsini dayandırdı
21/08/2017 [14:25]:
 "ÜAK-ın ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərova yeni vəzifə verildi
İlham Əliyevdən yeni sərəncam
Əli Həsənovun nəvəsinin qəza videosunu kim gizlədib? - DYP-dəki adamın adı açıqlandı
Atasına heykəl qoyduran deputatdan görünməmiş yalan - Yenilənib
Köçəryan Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edib
İlham Əliyev yeni sərəncam verdi
Çempion anasının başını kəsdi - Foto
İlham Əliyev yeni sərəncam verdi
500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi - qanlı cinayətin təfərrüatları
İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin