2500 nəfər qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır

11/01/2017 [15:19] - Hadisə (199)



Dünya üzrə bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir.
 
  
Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

Ç.Əsədovun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir və bu aktuallıq onların mürəkkəbliyi,  sosial əhəmiyyəti, ağır kliniki gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir.
 
 
C.Əsədov bildirib ki, uşaq və gənc yaşlarında qanın bədxassəli xəstəliklərindən ölüm halları 50 faizə yaxındır: “15 yaşa qədər olan uşaqlar arasında qanın  bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir və bu, narahatedici bir haldır. Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”.
 

Baş hematoloq deyib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostika və müalicəsində xeyli irəliləyişlərə nail olunub: “ Belə ki, müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, o xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır.

Son zamanlar qazanılan nailiyyətlər sayəsində artıq əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinin  sağalmasını mümkün edir”.
 
Ç.Əsədov əlavə edib ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların bu xəstəliklərə  düçar olması, müayinə və müalicənin xəstələrin çox maddi vəsait tələb etməsi bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.
Son 1 ildə Türkiyədə kim gücləndi, kim zəiflədi? - təhlil
İlham Əliyev ağac kəsən məmurları hədələdi
Akademik Anatoli Peşko: Dünya müharibəsi Qarabağdan başlaya bilər
Ərəblərin faciəsini yaşamamaq üçün nə etmək lazımdır? - təhlil
İlham Əliyev avtoxuliqanın general atasını işdən qovdu - rəsmi-yenilənib
Xəbər lenti
20/07/2017 [22:37]:
Gələn həftə müəllimlərin imtahanı başlayır
20/07/2017 [21:48]:
Bakıda odlu silahdan atəş açan şəxs tutulub
20/07/2017 [20:55]:
Rövnəq Abdullayev: “TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb”
20/07/2017 [20:32]:
Ev verilən jurnalistlərin adları açıqlanıb - tam siyahı
20/07/2017 [20:23]:
Küveyt hökuməti 15 iranlı diplomatı ölkədən qovur
20/07/2017 [19:50]:
Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib
20/07/2017 [19:29]:
Azərbaycana tropik hava kütlələri daxil olub
20/07/2017 [18:57]:
Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"
20/07/2017 [18:21]:
Prezident: “Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb”
20/07/2017 [17:53]:
ABŞ-da neft hasilatı tarixirekord həddə çatıb
20/07/2017 [17:16]:
Gömrük Komitəsindən Ukraynadan gətirilən toyuqlarla bağlı açıqlama
20/07/2017 [16:59]:
Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalı artırılır
20/07/2017 [16:49]:
Hacıbala Abutalıbovun müavini vəfat edib
20/07/2017 [16:41]:
"Qarabağ"ın cavab oyununun da vaxtı açıqlandı
20/07/2017 [16:36]:
Əmək pensiyaçılarının sayı açıqlanıb
20/07/2017 [16:19]:
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
20/07/2017 [15:51]:
Kiyev BMT-ni ittiham etdi
20/07/2017 [15:23]:
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 116 akt tərtib olunub
20/07/2017 [14:48]:
Aleksandr Lapşinə hökm oxunub
20/07/2017 [14:24]:
Penitensiar Xidmətin 6 əməkdaşı vəzifəsindən azad edilib
20/07/2017 [14:16]:
Saatlıda zəlzələ oldu
20/07/2017 [13:52]:
Hava günəşli olacaq
20/07/2017 [13:21]:
Bugünkü hərracda dollar ucuzlaşıb
20/07/2017 [13:15]:
İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub
20/07/2017 [12:58]:
Yararsız çıxarılan dondurmalar hələ də satışdadır! - təhlükə
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlər Kabineti 92 markalı benzinlə bağlı qərar verdi
Tarif Şurasından yeni qərarlar - yenilənib
İlham Əliyevdən yeni təyinat - sərəncam
Azərbaycanda Mübariz Mənsimova qarşı kütləvi etirazlar
İlham Əliyev ipotekanı asanlaşdırdı: minlərlə kasıb mənzil alacaq
Abşeron İcra Hakimiyyətinin işçiləri güllələndi
Azərbaycanda elm sahəsində ilk – 33 yaşda professor oldu
Rusiya Ermənistana dəhliz açmaq üçün irəliləyir - təfsilat
İlham Əliyev 12 sərəncam imzaladı
Putin benzinin bahalaşması haqda: “Biz buna imkan vermərik...”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin