Ramiz Mehdiyev sərəncam verdi

07/01/2017 [00:21] - Siyasət (11993)



Azərbaycan Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Ziya Məmmədov evini satışa çıxardı - yenilənib
Ziya Məmmədovun nazir qudası da hədəfdə - təfsilat
Abşeronda sərnişin avtobusu qəza törətdi - 7 nəfər xəsarət alıb
Bakıda sabiq nazir piyadanın ölümünə səbəb olub - yenilənib
Qarabağda 8 düşmən hərbçisi öldü - 4-ü yaralandı
Xəbər lenti
20/09/2017 [23:30]:
Rövnəq Abdullayev Avropa Liqasının finalının Bakıda keçirilməsi barədə
20/09/2017 [22:21]:
 “ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur” - İran prezidenti
20/09/2017 [21:18]:
Arif Alışanova qarşı sensasion ittiham - "Evimi, torpağımı əlimdən alıb"
20/09/2017 [21:17]:
Xaçmaz meşəsindəki yanğın söndürüldü
20/09/2017 [20:14]:
Tovuzda qəza, yaralananlar var
20/09/2017 [19:34]:
Moskvanın mərkəzində bomba həyəcanı
20/09/2017 [19:26]:
UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək - Rəsmi
20/09/2017 [19:15]:
Xaçmazda meşədə yanğın
20/09/2017 [18:37]:
İlham Əliyev: “Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır”-yenilənib
20/09/2017 [18:36]:
"Varlığın canlanması" sərgisi başa çatıb
20/09/2017 [18:12]:
UEFA Super Kuboku uğrunda oyun İstanbulda keçiriləcək
20/09/2017 [18:07]:
“Bank Standard”ın kreditorları Prezidentə və Birinci vitse-prezidentə müraciət edib
20/09/2017 [17:44]:
Generalının anasının evindən oğurluq edən qadına 9 il cəza istənilib
20/09/2017 [17:33]:
Ermənistan sərhədini keçən türk çobanın həbsi
20/09/2017 [17:30]:
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə xəbərdarlıq
20/09/2017 [17:15]:
"Space”də maaşlar 4 aydır kəsilib?
20/09/2017 [17:06]:
abah dollar neçəyə olacaq?
20/09/2017 [16:40]:
Avropa İttifaqının 28 səfiri Bakıya gəlir
20/09/2017 [16:30]:
Cəzalar və cərimələr sərtləşdirilir
20/09/2017 [16:20]:
Zakir Həsənov səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxladı
20/09/2017 [16:10]:
NASA "Mariya" qasırğasının yaranma anının videosunu yaydı - Video
20/09/2017 [16:01]:
Avtobus sürücüləri 4 saat işləməlidir
20/09/2017 [15:52]:
Meriya Milli Şuranın mitinqinə icazə verdi
20/09/2017 [15:50]:
Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır
20/09/2017 [15:40]:
ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir? - Trampın BMT-dəki çıxışı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazir əmr verdi - Yüzlərlə insan işsiz qala bilər
"Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar”  - Ekspert
BDYP-nin rəis müavini ilə icra başçısı arasında qalmaqal - Polkovnikin 300 hektar torpağı əlindən alınıb
Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir
İlham Əliyevdən yeni təyinat - sərəncam
Azərbaycanlı oliqarxa görə generalların həbsi gözlənilir
Əmək pensiyaları ilə bağlı dəyişiklik edilir - Yeni qaydalar necə olacaq?
Ziya Məmmədovun nazir qudası da hədəfdə - təfsilat
Allahşükür Paşazadənin kürəkəni həbs edildi
Hökumətdən pensiya ilə bağlı yeni qərar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin