Qulu İbrahimlidən Mərkəzi Banka sərt ittihamlar: "Süni valyuta qıtlığı yaradır..."

20/12/2016 [23:33] - İqtisadiyyat (437)



Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı ekspert Qulu İbrahimli "Amerikanın Səsi"nə maraqlı müsahibə verib.

O, həmin müsahibəsində valyuta bazarındakı mövcud durum, risklər, manatın devalvasiyasının səbəblərindən danışaraq, Mərkəzi Bankı ölkədə süni valyuta qıtlığı yaratmaqda suçlayıb.


– Ölkənin maliyyə-bank sektorunda mövcud durumu və perspektivləri necə görürsünüz?

– Ölkənin bank sektorunda mövcud problemləri bilmək üçün, birinci səbəbləri öyrənmək lazımdır. Bu gün maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas səbəbi Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsidir. O cümlədən, Dövlət Neft Şirkətinə (ARDNŞ) 2015-ci ildə Mərkəzi Bankın 2 milyarda yaxın vəsait ayırmasıdır. Çünki bu gün maliyyə-bank sektorunda yaranmış problemin kökü bununla bağlıdır. Atılan addım Mərkəzi Bankın balansında tarazılığın pozulmasına səbəb olub. Eyni zamanda, bu gün Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ümumiyyətlə ölkənən maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub. Buna baxmayaraq, yenə də dövlət Beynəlxalq Bankla bağlı vəsait ayırmaq istəyir. Hesab edirəm ki, bu, növbəti illərdə də gərgin və ağır fəsadlarını verəcək.

– Mərkəzi Bank yaxın zamanda valyuta bazarında tam üzən məzənnəyə keçiləcəyini bildirib? Üzən məzənnəyə keçid valyuta bazarında sabitləşmə yarada biləcəkmi?

– 2016-cı ildə dünya valyutaları içərisində üzən məzənnə rejimində işləyən bir valyuta olubsa, o da Azərbaycan manatıdır. Çox təəssüf ki, hökumət bəzi iqtisadçıların dili ilə cəmiyyətə izah etmək istəyir ki, sanki manata təzyiq mövcud olmuşdur. Ötən müddət ərzində Mərkəzi Bank tərəfindən manatın qorunması üçün heç bir tədbir görülməyib. Ona görə, biz baxmalıyıq ki, ötən müddət ərzində Mərkəzi Bank özünün valyuta ehtiyatlarından manatın dəstəklənməsi üçün istifadə edib-etməyib? Mərkəzi Bank çox təəssüflər olsun ki, resurslarından manatın dəstəklənməsi üçün istifadə etməyib. Bizdəki məznnənin bir adı var. Bu məzənnənin adı – "Azərbaycan Beynəlxalq Bankı sindromu"dur. Çox təəssüf olsun ki, 2017-ci ildə də Beynəlxalq Banka daha 10 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da domino effekti kimi, yenə də gələn il də manatın məzənnəsi ilə bağlı risklərə səbəb olacaq.

– Hazırda “qara valyuta bazarı” sürətlə genişlənir və dollar sürətlə bahalaşır? Fikrinizcə, manatın dollar və avroya nisbətdə ucuzlaşması hansı həddə qədər davam edəcək?

– Son bir ayda hökumət “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb. Biz ötən ildən də bilirik ki, Azərbaycanda valyuta bazarına təqdim olunan valyutanı əsasən iki bank alırdı. Bu iki bankın əli ilə valyuta bazarına dollar axıdılırdı. Maraqlı məsələ budur ki, bəs niyə son bir ayda hökumət bu “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb? Bazarın özü bizə yaxşı bir göstərici verir ki, bazarda bu günədək dollar qıtlığı olmayıb. Bu gün “qara bazar”da olan vəziyyətin təhlili də göstərir ki, Azərbaycan manatının dəyəri süni şəkildə ucuzlaşdırılır. Heç bir sahibkar, iş adamı bu günədək deyə bilməz ki, o, valyuta qıtlığı ilə qarşılaşıb, ehtiyac duyduğu valyutanı bazardan ala bilməyib. Çox maraqlıdır ki, rəsmi məzənnə nə qədər artırsa, qara bazarda artım daha az olur. Bu da göstərir ki, manata təzyiq olmayıb. Manat indiyədək üzən məzənnə rejimində işləyib. Əgər manatın məzənnəsi yuxarı olsa idi, təzyiq olsa idi, ən birinci buna “qara bazar” reaksiya verərdi. Yəni, rəsmi kursun müəyyənləşməsindən asılı olmayaraq bu, bazarda kəskin fərqlənməlidir. İndi dekabrın 31-i gəlir, Mərkəzi Bankın balansı təsdiq olunmalıdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının daha yuxarı məbləğdə yenidən qiymətləndirilməsinə əsas yaradılmalıdır. İndi “qara bazar” ləğv olunub, Mərkəzi Bank imkan vermir ki, “qara bazar”da valyuta dövriyyəsi olsun. Beləliklə, valyuta qıtlığı yaradıb. Cəmiyyətə də çatdırmaq istəyir ki, sanki valyuta yoxdur, manata təzyiqlər var və dekabrın 31-dək manatın bahalaşdırılması, xüsusi vurğulamaq istəyirəm ki, süni şəkildə bahalaşdırılmasına əsas yaratmaq üçün bu gün “qara bazar”ı ləğv ediblər.

Belə sual ortaya çıxır, axı, niyə indiyədək “qara bazar”ın mövcudluğuna göz yumulurdu və indi ləğvi başlanıldı? Ona görə başlanıldı ki, bu “qara bazar”a təkcə valyuta hərraclarında təqdim olunan valyuta deyil, ümumiyyətlə vətəndaşların əllərində olan dolların bazara təqdim olunmasında çətinlik yaradılsın. Yəni, süni yaradılmış valyuta qıtlığı cəmiyyətə çatdırılsın və ilin sonunadək Azərbaycan manatının kəskin bahalaşdırılmasına əsas yaratsınlar.

Mən hesab edirəm ki, bu günki məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar. Heç bir əsaslandırma olmadan dolların manata nisbətini 2.20 – 2.50 manat göstərirlər. Bununla da cəmiyyətə, ictimai firkə diktə edirlər ki, sanki valyutanın qiyməti bu olmalıdır. Amma bunun bir səbəbi var, Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi. Bu, real iqtisadi hadisələrlə bağlı deyil.

– Kommersiya banklarının dollar satmamasının səbəbi nədir? Bazarda süni dollar defisiti yaradıla bilərmi?

– Dollar defisiti yaradıla bilər yox, artıq yaradılıb. Bu gün hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması ilə “qara bazar”ın faktiki olaraq ləğv olunması göstərir ki, hökumət manatı dollar qarşısında süni şəkildə ucuzlaşdıracaq. Çox təəssüf olsun ki, indiyədək bunun hər hansı əsaslandırılması verilmir. 2016-cı il üçün Mərkəzi Bankın balansı dərc olunanda biz bunu görəcəyik. Necə ki, 2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazılığı pozulub. “Qara bazar”ı da ləğv edilməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın…
2 nazir İlham Əliyevin qara siyahısına düşdü - rəsmi açıqlama
Ələt Qafqazın Dubayı olacaq? - Zənginlik vəd edən məkan-təhlil
2 gömrük rəisi işdən niyə qovuldu? - təfsilat
Qarabağ: minomyot müharibəsi başladı
Nizami sakinləri etiraz aksiyasına qalxdı
Xəbər lenti
19/01/2017 [00:30]:
Ramil Usubov genralları topladı - rəsmi
18/01/2017 [23:19]:
"Real Madrid"in prezidenti Gürcüstanın baş nazirinə forma hədiyyə edib
18/01/2017 [22:57]:
Türkiyə və Rusiya Suriyada birgə antiterror əməliyyatına başlayıb
18/01/2017 [22:23]:
Boks üzrə Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşib
18/01/2017 [21:39]:
Funikulyor ödənişli oldu
18/01/2017 [21:12]:
Şəmkirdə yük avtomobili qəzaya uğrayıb, 5 tona yaxın kartof yola dağılıb
18/01/2017 [20:56]:
İlk sosial mənzillər gələn il istifadəyə veriləcək
18/01/2017 [20:21]:
Rusiyada “iPhone 7” xeyli ucuzlaşıb
18/01/2017 [20:18]:
Generallar Azərbaycan-Rusiya sərhədində yoxlama apardılar
18/01/2017 [20:16]:
Wells Fargo: Rusiyaya investisiya qoymağa dəyməz
18/01/2017 [20:14]:
Şamaxıda yol dağıldı: 400 evə ziyan dəydi
18/01/2017 [20:13]:
Yanukoviç vətən xaini elan edildi
18/01/2017 [20:04]:
İlham Əliyev “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb
18/01/2017 [19:41]:
Almaniyada növbəti parlament seçkilərinin tarixi açıqlanıb
18/01/2017 [19:25]:
Təqsirləndirilən: "Dayım Akif Çovdarovla 80 min manata razılaşdı" - yenilənib
18/01/2017 [19:08]:
Azərbaycanda “Təhlükəsiz internet” layihəsi başlayır
18/01/2017 [18:48]:
Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq
18/01/2017 [18:46]:
Rufiz Qonaqov: “Davos Forumu Azərbaycana dvidentlər qazandıracaq”
18/01/2017 [18:17]:
Milli komandaya dəvət olunan futbolçular tibbi müayinədən keçiblər
18/01/2017 [17:41]:
Musiqili Teatr Fəcr Festivalında çıxış edib
18/01/2017 [17:28]:
Nağd pulla siqaret satışı qadağan edildi, qiymətlər bahalaşdı
18/01/2017 [17:21]:
Bakıda yağış, rayonlarda sulu qar yağacaq
18/01/2017 [16:54]:
Qafqaz Universiteti dövlət universiteti olacaq - yenilənib
18/01/2017 [16:48]:
Azərbaycanlı futbol hakimləri Türkiyədə 6 görüş idarə edəcək
18/01/2017 [16:46]:
Nəsimidə 1 saylı orta məktəbdə 20 Yanvarla bağlı tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
2 nazir İlham Əliyevin qara siyahısına düşdü - rəsmi açıqlama
2 gömrük rəisi işdən niyə qovuldu? - təfsilat
Ramil Usubovdan yeni sərəncam - polkovniklər işdən qovuldu
Nizami sakinləri etiraz aksiyasına qalxdı
Zakir Qaralov 5 prokuroru işdən qovub
İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı - siyahı
Qarabağ: minomyot müharibəsi başladı
Azərbaycanda benzin bahalaşdı
Nazir polkovnikə yeni vəzifə verdi - rəsmi
Ələt Qafqazın Dubayı olacaq? - Zənginlik vəd edən məkan-təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin