Göyçayda arılar arasında xəstəlik yayılıb, 800 mindən çox arı ölüb - video

20/12/2016 [18:23] - Hadisə (389)



Göyçay rayonunda arıçılıqla məşğul olan təsərrüfat sahibləri ciddi problemlə üzləşiblər.
 
APA-nin xəbərinə görə, bu il arılar arasında yayılan naməlum xəstəlik bu qiymətli həşəratların kütləvi şəkildə qırılmasına və balın bahalaşmasına səbəb olub. 
 
Otuz ildən çoxdur ki, arıçılıqla məşğul olan Qaraman kənd sakini İsmayıl Xələfov deyir ki, bu il arıların arıların qışlama dövründə xəstəliyə düçar olması onların kütləvi şəkildə məhvi ilə nəticələnir. O, arıların kütləvi ölümünü havaların payız aylarında çox soyuq olması, fasiləsiz yağan yağışlar və arılarda gənələrin olması ilə əlaqələndirir. Belə ki, xırda öldürücü gənələr arıların qanını sovurur, onların orqanizmində naməlum xəstəlik yaradır və bununla da arı ailəsi inkişafdan qalaraq tələf olur.
 
İsmayıl Xələfov deyir ki, son 3-4 gün ərzində onun şəxsi təsərrüfatındakı 70 baş arı ailəsindən 35-i məhv olub, hazırda tələfat davam edir. O, hər arı ailəsində 10-15 min arının olduğunu və hər gün 30 mindən çox arının öldüyünü deyib. Hazırda rayon fermerləri arılar arasında hansı xəstəliyin yayıldığını müəyyən edə bilmirlər və onların müalicəsi ilə bağlı çarəsiz qalıblar. Gənələrin məhv edilməsi üçün dərmanlama işləri aparılsa da, arıların tələf olmaması üçün bir sıra müalicə üsulları tətbiq edilsə də, nəticəsi yoxdur.
 
Arıçının sözlərinə görə, Göyçaylı arıçıların əsas çətinliyi rayonda arıçı mütəxəssislərin olmaması və xəstəliyi vaxtında aşkar edə bilməməkdir. Son günlər rayonun Qaraman, Bığır, Potu, Qarabaqqal, Ərəbcəbirli kəndlərində fermerlərə məxsus arı ailələri naməlum xəstəlik səbəbindən kütləvi şəkildə məhv olub. Bığır kənd sakini Vüqar Ədilovun 61 baş arı ailəsinin hamısı, Qaraman kənd sakini Nazir Qədirlinin 12 baş arı ailəsindən 11-i tələf olub. Üç fermer təsərrüfatındakı 107 baş arı ailəsində ümumilikdə 800 mindən çox arı ölüb. Xəstəlik səbəbindən bu il fermerlərə 10 min manatdan çox maddi ziyan dəyib.
 
İsmayıl Xələfov son bir ayda Gəncə, Qəbələ və Sumqayıtda arıçılıqla məşğul olan dostlarının da bu problemlə üzləşdiklərini, xəstəlik səbəbindən qırılan arıların əvəzinə yenisini almaq üçün Göyçaya gələrək ona müraciət etdiklərini bildirib. Ciddi narahatlıq keçirən arıçı hesab edir ki, bu il arıların kütləvi qırılması balın qiymətinə də təsir edəcək. Bir ay öncə rayonda 1 kiloqram bal 18-20 manata satılırdısa, hazırda onun qiyməti 25 manatadək qalxıb.
...
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Şəkidə sakinlər icra başçısını qovublar - etiraz aksiyası
Xəbər lenti
24/11/2017 [00:19]:
İlham Əliyev sərəncam verdi
24/11/2017 [00:02]:
Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: 2 ölü-yenilənib
23/11/2017 [23:39]:
“Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq” – Siyavuş Novruzov
23/11/2017 [22:37]:
"Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir" - Çavuşoğlu
23/11/2017 [21:42]:
Avropa Birliyindən Bakı və Yerevana çağırış
23/11/2017 [20:57]:
Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi
23/11/2017 [20:33]:
İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi
23/11/2017 [19:57]:
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
23/11/2017 [19:45]:
Gənclər və İdman Nazirliyində korrupsiya faktları - Rəsmi
23/11/2017 [19:30]:
Qarabağla bağlı "Putin Planı"na aydınlıq gətirildi - Zaxarovadan açıqlama
23/11/2017 [19:12]:
Yalçın İmanov Vəkillər Kollegiyasından necə çıxarılıb? - İclasın stenoqramı
23/11/2017 [18:59]:
Lənkəranda büdcə korrupsiyası üzə çıxdı - Rəsmi
23/11/2017 [18:42]:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yoxlama - Palata nöqsanlar aşkarladı
23/11/2017 [18:15]:
Əsgərimizin meyiti təmas xəttində tapıldı - Nazirlik məlumat yaydı
23/11/2017 [18:03]:
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
23/11/2017 [17:49]:
Yalçın İmanova ilk beynəlxalq dəstək
23/11/2017 [17:39]:
Meksikalı “Koko” Bakıda
23/11/2017 [17:15]:
Qaraqoyunlu, Ağqoyunlu dövləti olmayıb... - Tarxiçidən maraqlı fikirlər
23/11/2017 [17:03]:
Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlar - səfir yazır
23/11/2017 [16:57]:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq" - Cavid Qurbanov
23/11/2017 [16:42]:
"Kürd referendumu"nu dəstəkləyən məmur işdən çıxarıldı
23/11/2017 [16:15]:
Bir manatlıq pullar dəmir olacaq - Mərkəzi Bankdan açıqlama
23/11/2017 [15:55]:
"Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb - Rəsmi
23/11/2017 [15:39]:
Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 il həbs
23/11/2017 [15:21]:
"AST Telman" Fransadan sığınacaq istədi və Rusiyaya meydan oxudu - "Əlimdə kompromatlar var"
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Azərbaycanda mənzil satışı qaydaları dəyişdirilir - layihə
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev
Moskvada kriminal aləmin "kralı" kim olacaq? - "Quli"ni də dəstəkləyənlər var
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
Benzinin bahalaşması avtomobil satışını iflic edib - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin