Əliməmməd Nuriyev: "MSŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanla bağlı ədalətsiz qərar qəbul edib"

24/11/2016 [22:25] - MHŞT (372)



Ötən ay Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"  (MSŞT) üzrə beynəlxalq Idarə Heyəti Azərbaycanın  öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verdi. 

Qərarda qeyd olunur ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli işlər görüb və bir neçə tələb üzrə ciddi irəliləyişə nail oub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edib ki, Azərbaycan namizəd statusunda qalsın.

İdarə heyəti hesab edir ki, Azərbaycanın  MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş  deyil. Bu səbəbdən qərara alınıb ki, Beynəlxalq İdarə Heyəti  Azərbaycan hökümətinə və Çoxtərəfli Qrupa islahedici tədbirlər planı təqdim etsin. 

Xatırladaq ki, Azərbaycan MSŞT-ni ilk tətbiq edən ölkələrdəndir. Bu təşəbbüsdə ilk dəfə həqiqi üzv statusu da məhz Azərbaycana verilib. Ötən il isə Beynəlxalq İdarə Heyəti müxtəlif səbəblər göstərərək Azərbaycanı həqiqi üzv statusundan mərhum etmişdi. Gözləntilər var idi ki, Astanada keçiriləcək iclasda Azərbaycanın əvvəlki statatus bərpa olunacaq. Lakin İdarə Heyəti Azərbaycanı namizəd ölkə statusunda sağlamağa üstnlük verdi. 

Qəbul olunmuş qərarla bağlı  fikirlərini açıqlayan  Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, MSŞT Koalisiyasınn Şura üzvü Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan MHŞT Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixdə qəbul etdiyi Azərbaycan üzrə İslahedici Tədbirlər Planın bütünlüklə yerinə yetirib: “QHT-lərin MSŞA Koalisiyası üzvlərinin hamısının bank hesabatlrından həbs götürülüb, qrant müqavilələri qeydiyyata alınıb. Koalisiyaya üzv olan 17 QHT qeydiyyata alınıb, sərhəd-keçid məntəqələrində yoxlamara son qoyulub, araşdırmalar zamanı götürülən əmlak və sənədlər geri qaytarılıb. Bundan başqa, Koalisiyanın tədbirlər keçirməsi ilə bağlı heç bir problem yoxdur. Vergi sanksiyaları götürülüb.  Azərbaycan vətəndaş cəmiyəti və hökuməti Planının yerinə yetirilməsi üçün maksimum səy göstərib. Eyni zamanda, Koalisiya üzvlərinin  barələrində açılmış cinayət işlərinə xitam verilib və bu istiqamətdə işlər davam edir. Bütün bunlar isə Azərbaycanın üzv statsunun bərpa olunmasına əsasə yaradan amillərdir. Odur ki, İdarə Heyəti Azərbaycanı namizəd ölkə statusunda saxlamaq yox, əvvəlki həqiqi üzv statsunu bərpa etmək barədə qərar qəbul etməliydi”.

Ə.Nuriyev hesab edir ki, İdarə Heyətinin qərarı siyasi xarakterlidir. Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar və onların Azərbaycandakı əlaltıları MHŞT-dən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar: “Əsl həqiqət budur ki, Azərbaycan MHŞT öhədliklərinə sadiqdir və ölkədə MHŞT-nin tətbiqi ilə bağlı narahatlıq doğuracaq problemlər yoxdur. Hesab edirəm ki, Azərbaycana qarşı təzyiqlər nəticəsiz qalacaq. Qeyd etmək lazımdır ki, Astanada MHŞT Beynəlxalq İdarə Heyətinin iclası başlayana qədər Koalisiya Şurasının bəzi üzvləri baş verən poztiv dəyişikliklərlə bağlı Beynəlxalq İdarə Heyətinə müraciət göndərilməsinə mane olmağa çalışırdılar. Bu müraciət Koalisiyanın  yanız 5 Şura üzvünün imzası ilə qeyd olunan ünvana göndərildi. Müraciət göndərdikdən sonra digər məlum qrup da hərəkətə gələrək özlərinin müraciətini  göndərdilər. Əslində bu mürcaiətin özü də çoxsaylı qeyd-şərtlərlə zəngin idi ki, bunların məzmununa görə isə ölkənin statusunun bərpasına, yaxud namizəd statusunda fəaliyyətinə davam etməsinə şübhələr yaratmişdı. İdarə Heyətinin qərarında müxtəlif siyasi aspektləri ehtiva edən şərtlər əks olunub. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, MHŞT prosesində Azərbaycan fəallığını daha da artırmalı, bu təşəbbüslə bağlı hansı qərarın qəbulundan asılı olamayaq hesabatlılıq və şəffaflıq standartlarının tətbiqini genişləndirməlidir”.

Bakının mənzil bazarında şok endirimlər - nağd alana 50 faiz...
İcra başçısı şəhid xanımını təhqir etdi - rədd ol...
Rayon icra hakimiyyətləri ləğv edilir - 13 vilayət yaradılır
Vətəndaşları təhqir edən məmurlara qarşı cəzalar sərtləşir - layihə
Hakimiyyətin qara siyahısındakı icra başçıları - siyahı
Xəbər lenti
30/04/2017 [16:17]:
Ermənistan atəşkəsi 112 dəfə pozub
30/04/2017 [15:18]:
Türkiyə vətəndaşı “Bakı Marafonu-2017”nin qalibi oldu
30/04/2017 [14:43]:
28 dərəcə isti olacaq - bəzi yerlərdə yağış yağacaq
30/04/2017 [13:41]:
ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb
30/04/2017 [13:39]:
Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı
30/04/2017 [12:52]:
Bakıda polis rəisi dostunu öldürdü - fakt
30/04/2017 [12:46]:
Bu gün ali məktəblərə ilk qəbul imtahanı keçirilir
30/04/2017 [12:10]:
Polad Bülbüloğlu Türkmənistan xalq artisti oldu
30/04/2017 [11:36]:
Kliçko Entoni Coşuaya nokautla məğlub olub
30/04/2017 [10:54]:
Roma Papası Tramp ilə görüşə hazır olduğunu bildirib
30/04/2017 [10:04]:
Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın işğalına toxunulub
30/04/2017 [09:25]:
Poroşenkonun xanımı idman telekanalında aparıcılıq edəcək
30/04/2017 [08:24]:
Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib
30/04/2017 [00:20]:
Bakının mənzil bazarında şok endirimlər - nağd alana 50 faiz...
29/04/2017 [23:09]:
Qriqorçuk: "11 qolla bombardirlik gülməlidir"
29/04/2017 [22:23]:
Sabah Qırğızıstanın Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq
29/04/2017 [21:32]:
Azərbaycana idxal bu il 490 milyon dollar azalıb
29/04/2017 [21:25]:
QHT-lərin nağdlaşdırma problemi həll edildi
29/04/2017 [20:28]:
Dünya Kubokunda daha iki növdə finalçılar müəyyənləşib
29/04/2017 [19:41]:
Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"
29/04/2017 [19:38]:
Qızıl 2 dollar bahalaşdı
29/04/2017 [18:29]:
Aqramunt: Soros AŞPA-nı dağıtmaq istəyir -
29/04/2017 [18:19]:
Moqerini: “Avropa İttifaqının Türkiyə ilə danışıqları dondurulmayıb”
29/04/2017 [18:18]:
Bərdə rayonunda at əti aşkar edildi
29/04/2017 [17:33]:
İlham Əliyev Qətərin sabiq baş nazirini qəbul edib- - yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rayon icra hakimiyyətləri ləğv edilir - 13 vilayət yaradılır
4 dövlət xidməti ləğv olundu - siyahı
İcra başçısının müavini narkotika ittihamı ilə həbs edlib - təfsilat
Bakıda milyarderin avtomobili satışa çıxarıldı - təfsilat
Hakimiyyətin qara siyahısındakı icra başçıları - siyahı
İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı
Nazir müavini işdən çıxarıldı –sərəncam
Bakının mənzil bazarında şok endirimlər - nağd alana 50 faiz...
Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi - sərəncam
İlham Əliyev yeni sərəncam verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin