Bu devalvasiyaya çarə tapılacaqmı?

24/11/2016 [01:37] - Köşə (2762)
Hüseynbala Səlimov


Bəzən bilmək olmur ki, cəmiyyəti daha çox nələr idarə edir: şaiyələr, yoxsa dəqiq informasiyalar? Bəlkə də bu sualın açması odur ki, qapalı siyasi sistemlərdə şaiyələr, açıq sistemdlərdə isə dəqiq informasiyalar və onların əsasında formalaşan elmi proqnozlar hər şeyə ton verir...

Ölkəmiz bu sistemlərdən hansına aiddir – bunu mənsiz də çox gözəl təxmin edə bilərsiniz. Ona görə də təsadüfi deyil ki, devalvasiyanın lap başlanğıcındamı deyim, yoxsa gedişində, hər halda, bir dəfə səslənən “proqnoz” hələ də hər şeyi idarə edir – insanlar tamam səksəkədədir və hər ayın başlanğıcını kəskin devalvasiyanın ərəfəsi kimi qəbul edirlər...  

Lap əslinə qalsa, bir çox məsələlər başqa yerlərdə, cəmi dünyada necədirsə, bizdə də elə o cürdür. Bəli, bizim azərbaycanlıların nə ilə maraqlanması heç də təəccüblü deyil. Təəccüblü olan daha çox onların bu məsələlərlə necə maraqlanmasıdır... 

Dünya insanları ilk növbədə, necə deyərlər, ciblərini güdürlər. Amma bununla bahəm başqa yerlərdə ictimai əxlaq və ictimai davranış tərzi də var ki, buralarda buna az təsadüf edərsən... 

Problemlərə ictimai reaksiya tamamilə fərqlidir. Digər ölkələrdə ictimai reaksiya da, demək olar, birmənalıdır: hökumət vətəndaş üçün problem yaradırsa və işləmirsə, vətəndaş da ona eyni cavabı verir və ona yaradılan problemlərin müqabilində o da hökumət üçün problem düzüb - qoşur...

Buralarda isə hər şey sanki dərin bir quyunun dibinə gedir, hətta quyudan da səs çıxır, amma orta statistik azərbaycanlıdan heç səs-səmir gəlmir...

CƏMİYYƏTİN “SÜKUT VƏDİ”...

Qərəz, başınızı çox da ağrıtmayım... Keçim əsas mətləbə. Bəli, mübaliğəsiz demək olardı ki, bu son bir-iki ildə azərbaycanlıları ən çox məşğul edən məsələlər milli valyutanın dəyərdən düşməsi və bununla bağlı sosial nəticələr olub...

Demirəm ki, əgər bütün bu məsələlər olmasaydı ulu millətimiz digər ictimai olaylara daha çox diqqət ayıracaqdı...

Demirəm ki, o, bağlanmış televiziya və radioların, demək olar ki, indi  özünün ən ağır durumunu yaşayan digər media strukturlarının aqibətilə maraqlanar, siyasi məhbusların tamam azad olunması, bu biabırçılığa birdəfəlik son qoyulmasını və ümumiyyətlə, ictimai və siyasi fəalların müxtəlif bəhanələrlə təqib olunması praktikasına nöqtə qoymağı tələb edər, bunun üçün hökumətə minnətçi düşər və yaxud da ki, ölkənin Ali Qanununu “partiya nizamnaməsi”nə çevirməməyə çağırardı...

Yox, bütün bu baş verənlər və bundan sonra da baş verəcək ictimai və siyasi olaylar azərbaycanlıların 90 faizinin tam sükutu ilə müşayiət olunub və böyük ehtimalla hələ bundan sonra da belə olacaq və bizim ulu millətimiz “sükut vədi” vermiş rahiblər kimi ağzına su alıb oturacaq.

Amma bir insanın, hətta bir toplumun ölkənin problemlərinə biganə olması o demək deyil ki, nisbətən fəal insanlar da belə etməli və onlar da öz soydaşlarının yaşadıqları ağrı-acıları və problemləri görməməyə çalışmalı və yaxud da ki, həmin problemləri ikinci, ya da üçüncü dərəcəli hesab etməli və bilavasitə özlərini qayğılandıran problemlərinin həllinə çalışmalıdırlar... 

Hərçənd, “Hər xalq özünün hakimiyyətinə və siyasi sisteminə layiqdir” deyib belə edənlər də az deyil. Üstəlik, belələrinin sayı günbəgün artır. Təsadüfi deyil ki, ölkədə müxtəlif qrupların qarşılıqlı marginallaşması və  yadlaşması prosesi gedir. Ən yaxşı halda öz sosial problemləri haqqında düşünən toplum azsaylı demokratiya fəallarını, sonuncular isə öz növbəsində toplumu başa düşməyə çətinlik çəkirlər. Çünki demokratlar belə hesab edir ki, bütün problemlər kimi sosial məsələlərin də həlli ilk növbədə elə ölkənin demokratikləşməsindən asılıdı. Gəl, toplum da belə düşünür ki, ictimai fəallar başqa məsələlərlə yox, məhz elə onların sosial promlemlərinin həllinə çalışmalı və özü də bunu böyük və müqavimətsiz toplumun iştirakı olmadan etməlidirlər...

AXI BÖHRANDAN ƏVVƏL DƏ DƏHŞƏTLİ BAHALIQ İDİ...

Amma nə olursa-olsun, bu gün sosial problemlər də Azərbaycanın ən əsas qayğılarındandır: bir az əvvəldə qeyd etdiyimiz kimi, milli valyuta qiymətdən düşür, malların və məhsulların qiyməti günbəgün artır, ölkə yaşamaq baxımından əsl cəhənnəmə çevrilir... 

Adətən yersiz lağ etməyi və çox da kini-kinayəni sevmirəm, amma məşhur bir şeirin bir misrasını azacıq dəyişməkdən özümü heç saxlaya bilmirəm: “Bəli, cəhənnəm görmək istəyən buralara gəlsin!”...
Düzdür, bizim Bakını götürsək, o, elə əvvəllər də, son neft böhranına qədər də bahalı şəhər olub. 
Məsələn, insanlar neçə illərdir heç cür başa düşə bilmirlər ki, niyə Bakıdan İstanbula getmək üçün tələb olunan xərc Tiflisdən İstanbula getmək və geriyə dönmək üçün tələb olunan xərcdən də bu qədər böyük olmalıdır?.. 

İnsanlar heç cür başa düşə bilmirlər ki, axı niyə görə İranda müalicə xərcləri, Gürcüstanda turizm məsrəfləri, Türkiyədə evlər və yaxud da ki, Rusiyada meyvələr, hətta bizim al-qırmızı nar belə Azərbaycandakından qat-qat ucuz olmalıdır?..

Fəqət, bütün bunların – insanları düşündürən məsələrin fərqində olan və bütün bu məsələlərə doğru-dürüst aydınlıq gətirmək istəyən varmı? Yoxdur!.. Əvəzində hər şeyin qiymətini artırmaq xasiyyəti var bu ölkədə! 

Mağaza və supermarketlərdə çalışanlardan bahalığın səbəblərini soruşanda qayıdırlar ki, hər şeyi xaricdən gətiririk, gömrük rüsumu belə artıb, filan məsələ elə olub!..

Nə deyəsən?.. Əslində deyilməli bütün sözlər hökumətə ünvanlanmalıdır. İlk vaxtlarda belə təəssürat yarandı ki, guya nəsə etməyə cəhd edirlər. Amma hökumətin işini qiymətləndirməyin də ən yaxşı yolu bir daha deyirik ki, piştaxtalara baxmaq və qiymətləri nəzədən keçirməkdir. Onlar isə, lap elə buralarda deyildiyi kimi: “od tutub yanırlar!”...

ƏHALİNİN 20 FAİZİ ÜÇÜN NƏZƏRDƏ TUTULAN ÖLKƏ...

Hökumət hələ də “cəmi-dünyadakı iqtisadi böhran”a apelyasiya edir. Olsun... Amma niyə görə eyni neft böhranını yaşayan və əhalisinin alıcıq qabiliyyəti də daha yüksək olan Rusiyada qiymətlər qat-qat ucuz və əlverişlidir?..

Bazarın və normal iqtisadiyyatın ibtidai qanunları var. Malların və xidmətlərin qiyməti insanların alıcılıq qabiliyyətinə adekvat olmalıdır. 

Azərbaycanda nə baş verir? Əhalinin haradasa, 20 faizinin indiki bazar qiymətlərilə ayaqlaşmaq imkanı var. Bazar da məhz bu insanlara uyğun formalaşıb. Qalan 80 faiz acından ölməmək üçün bu xidmətlərin böyük qismindən imtina edir və özünü ən zəruri, vacib məhsullarla və xidmətlərlə mıəhdudlaşdlırır...
Bunun bir səbəbi monopoliyadırsa, digər səbəbi də ölkədəki anormal biznes psixologiyasıdır. 

Azərbaycanlılar, necə deyər, “qaz vurub qazan doldurmağı”, az, amma saz satmağı sevirlər. 
Normal ölkələrdə biznes adamları hər şeyi bir az ucuz edir və daha çox adama xidmət etməklə qazanmağa çalışırlar. Azərbaycanda isə əksinədir. Hamı düşünür ki, necə deyər, az satım, fəqət, saz satım. Ona görə də dəhşətli bahalıqdır...  

MƏMURLARIN KAPİTALİZMİ...

Bəli, çıxış yolu da yoxdur... Hökumət də heç nə etmir. Ona görə ki, Azərbaycanda ən böyük istismarçılardan biri də dövlət strukturlarının  özləridir. 

Ölkədə məmur – nomenklatura kapitalizminin ən eybəcər bir forması yaranıb. Əgər cəmi bir il bundan əvvəl ən mühüm dövlət strukturlarından birinin az qala reketlə məşğul olması və iş adamlarını müxtəlif yollarla şantaj edərək onlardan pul qoparması məlum oldusa, bundan sonra nəsə deməyə ehtiyac varmı?.. 

Mühüm vəzifələr tutmuş yüksək rütbəli dövlət məmurlarının adları bəzən elə məsələlərdə hallanır ki, adam hətta bu ölkədə yaşamasından da utanc hissi keçirir...

Ən əsası isə, bu prosesin sonu görünmür... Nə devalvasiya bitib -tükənmir, nə neftin qiyməti hökumətin arzuladığı səviyyəyə yüksəlmir, nə də dövlət məmurları öz bizneslərindən ayrılıb bir az da dövlət və cəmiyyət haqqında işləməyi düşünürlər...

Bəs nə olacaq? Elə suallar var ki, onların bəzən həqiqətən də cavabı olmur və bu gün Azərbaycan cavabsız sualların məkanına çevrilib. Başqa yerlərdə bu suallar bəlkə də primitiv və bir az da sadəlövh görünərdi... Di gəl, bunu bugünün Azərbaycanı üçün demək olmur, çünki belə bəlli olur ki, bu vaxta qədər yazılan kitablar, qurulan nəzəriyyələr Azərbaycan üçün deyilmiş...

Hətta düşünürsən ki, bəlkə Tanrının göndərdiyi üç Kitabın da bizə heç bir dəxli yoxdur?..

HƏR ŞEY HAKİMİYYƏTƏ SƏRF EDƏN QƏDƏR...
Amma bədgüman olmağa, tamam ümidsizləşməyə də dəyməz. Bədgüman olmaqla da, cəmiyyətdən küsməklə də heç nə həll olmur...

Konfutsi buyururdu ki, hər şeyə onun məzmununu qaytarın, onda bütün məsələlər yoluna qoyulacaq...
Bu gün Azərbaycanda hər şey öz məzmunundan uzaqlaşıbdır – suverenlik də, demokratiya da, bazar iqtisadiyyatı da... Hər bir şey bizim hakimiyyətimizə sərf edəcək qədər məqbuldur... 

Bəli, dövlətimiz hakimiyyətin maraqlarına cavab verən qədər müstəqildir, demokratiya yalnız onların müəyyən etdiyi səviyyəyə qədər mümkündür, bazar iqtisadiyyatı da yalnız və yalnız onları varlandırmaq üçündür...

Ona görə də çıxış yolu normal dövlət, normal cəmiyyət və normal bazar iqtisadiyyatı qurmaqdadır. Devalvasiya da, bahalıq da, kəskin sosial polyarizasiya da və eləcə sosial ədalətsizlik də anormal iqtisadi siyasətin təzahürü və ya nəticəsidir... 

Bütün bunlar o vaxt həllini tapacaq və o vaxt normal bir məcraya yönələcək ki, hakimiyyət iqtisadiyyatın təkcə məmurları varlandırmaq üçün vasitə olmadığını qəbul etsin. Başa düşsünlər ki, hər şeyin adını götürüb məzmununu bir tərəfə tullamaqla heç nə alınmaycaq. 

Ona görə ki, maketləşən siyasi və ya iqtisadi institutlar yalnız və yalnız görüntü yarada bilərlər. Özü də çox qısa müddət üçün...
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
Bakı sakini yağdan zəhərləndi və günahkar çıxdı - sənəd-foto
Talassemiya Mərkəzində "açıq bazar"
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
Xocalı soyqırımının 25 ili tamam olur
Xəbər lenti
01/03/2017 [23:31]:
Çovdarovun “Şahbulaq” əməliyyatı – məhkəmə
01/03/2017 [22:37]:
Əli İnsanovun həbs müddəti artırıldı
01/03/2017 [21:40]:
Mərkəzi Bank valyuta ehtiyatlarını kəskin artırıb
01/03/2017 [20:56]:
Qarabağda erməni əsgəri öldürüldü
01/03/2017 [20:23]:
Mehriban Əliyeva Türkan qəsəbəsindəki xüsusi internat məktəbində olub
01/03/2017 [19:52]:
Londonda daşınmaz əmlak ucuzlaşır
01/03/2017 [19:18]:
Şimali İrlandiya yığmasının futbolçusu: "Norveç və Azərbaycanla oyunlarımız həlledici olacaq"
01/03/2017 [18:57]:
Bakıda Kolumbiya film festivalı keçiriləcək
01/03/2017 [18:12]:
İŞİD-in geri çəkiləcək “yolları kəsilib”
01/03/2017 [17:50]:
Cocuq Mərcanlıdakı yaşayış evləri sənədləşdirilir
01/03/2017 [17:08]:
Səfir: "Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
01/03/2017 [17:05]:
Ermənistanda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs edilib
01/03/2017 [17:04]:
MN: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur
01/03/2017 [17:01]:
Bakıda evdən 4 min dollarlıq peyk antenası oğurlanıb
01/03/2017 [17:00]:
Azərbaycan Prezidentinin Pakistana səfəri başa çatıb
01/03/2017 [16:41]:
Prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşı polis tərəfindən saxlanılıb
01/03/2017 [16:13]:
40 mindən çox şagird IX sinfin buraxılış imtahanında iştirak edəcək
01/03/2017 [15:49]:
Duman, çiskin olacaq
01/03/2017 [15:14]:
Bakıda dəhşətli hadisə: xəstənin gözünü çıxardılar
01/03/2017 [15:05]:
İlham Əliyev Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana minnətdarlıq edib
01/03/2017 [15:04]:
Ötən il Azərbaycanda 42 hamilə qadında İİV aşkarlanıb
01/03/2017 [15:02]:
Zərərçəkən: "Çovdarovda ləyaqət olsa, bizim üzümüzə baxa bilməz"
01/03/2017 [14:55]:
Mikayıl Müşfiqin heykəlinin bərpa olunması işlərinə başlanılıb
01/03/2017 [14:38]:
Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər
01/03/2017 [14:13]:
Azərbaycanda sosial evlər mənzil bazarında maksimum 10% paya malik olacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda döyüşlər başladı - rəsmi-yenilənib
Azərbaycanın növbəti vitse-prezidentinin adı açıqlandı - rəsmi
Qarabağda ağır döyüşlər davam edir - ATƏT bəyanat yaydı
İlham Əliyev tapşırıq verdi: 3 nəfər cəzalandırıldı
İlham Əliyev 13 fərman, 2 sərəncam imzaladı - siyahı
Avtomobil parklanmasında inqilabi yeniliklər - İlham Əliyevin sərəncamı
Ramil Usubovdan yeni rəislər təyin etdi - siyahı
2 generala yeni vəzifə verildi
Azərbaycan məktəblərində 10-11-ci siniflər ləğv edilir? - açıqlama
Bakıda baş həkim həbs edildi - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin