Hökumət bahalaşma qərarı verdi

03/11/2016 [00:24] - Köşə (79842)
Qadir İbrahimli


Bu gündən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minir.

Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Təbii ki, rüsumların artması sözügedən malların avtomatik bahalaşması deməkdir. Hökumət rüsumları artırmaqla guya daxili bazarı xarici rəqabətdən qorumaq istəyir. Hər halda hökumətin iqtisadi texnoloqları bu arqumentə üstünlük verirlər. Ancaq məsələnin mahiyyəti budur ki, sözügedən məhsulların yerli istehsalı hələ daxili tələbatı ödəmək gücündə deyil və istənilən halda idxal indiki səviyyəsini saxlayacaq. 

Deməli, hökumət rüsumları artırmaqla gömrük daxilolmalarını artımaq, büdcəyə əlavə vəsait cəlb etmək niyyəti güdür. Neft gəlirlərinin azalması və özəl sektorda iş yerlərinin qapadılması büdcənin gəlir qaynaqlarının dairəsini əhəmiyyətli şəkildə azaldıb. İndi hökumət 2 variant arasında seçim etməlidir. Ya dövlət xərclərinin kəskin azaltmaqla liberal islahatlara getməli, büdcənin gəlir qaynaqlarını artırmaq üçün yeni iş yerlərinin açılmasını stimullaşdırmalıdır, ya da indiki konservativ iqtisadi siyasətini saxlayıb, vergi və rüsumları qaldırmaq və enerji daşıyıcılarını bahalaşdırmaqla büdcəni doldurmağa çalışmalıdır. 

Nazirlər Kabinetinin qərarı göstərdi ki, hökumət ikinci yolu seçib və liberal islahatlara başlamağa tələsmir. Ancaq ikinci yol əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə və alıcılıq qabiliyyətinin sıfıra enməsinə, yoxsulluq və işsizliyin miqyasının daha da artmasına gətirib çıxaracaq. Əhalinin alıcılıq qabiliyyətinin ölməsi özəl sektorun da son nəticədə çökməsinə səbəb olacaq. Bazarın bütün seqmentlərində alıcıları sayı kəskin azalacaq. Bu da müəssisələrin gəlirlərinin azalmasına və son nəticədə büdcə ödəmələrinin azalmasına gətirib çıxaracaq. Sonda şıxış yolu yenidən liberal islahatlara getmək olacaq. Ancaq təəssüf ki, hökumət hələ ki, islahatlar barədə yox, əhalinin cibi hesabına büdcəni doldurmaq haqda düşünür.

Qadir İbrahimli

Dövlət şirkətinin rəhbəri Mayamidə dəbdəbəli mənzillər aldı - 8,5 milyona dollara
Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - reytinq
Nazir idman yarışlarını ailə biznesinə necə çevirdi? -araşdırma
"Şərq incə məsələdir": deyimini xatırlamağın əsl vaxtı deyilmi? - təhlil
Jurnalistlərin binasından ev almaq istəyən polkovnikin milyonluq villası
Xəbər lenti
25/06/2017 [15:17]:
Qətər ərəb ölkələrinin 13 maddəlik tələbini rədd etdi
25/06/2017 [14:15]:
“Qarabağ” ilk əcnəbi transferini reallaşdırdı
25/06/2017 [13:07]:
Azərbaycan Ermənistanda sement istehsalını iflic etdi
25/06/2017 [12:15]:
Azərbaycanda ayaqqabı istehsalı 11% azalıb
25/06/2017 [11:14]:
Dövlət şirkətinin rəhbəri Mayamidə dəbdəbəli mənzillər aldı - 8,5 milyona dollara
25/06/2017 [10:07]:
Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşir
25/06/2017 [09:01]:
İlham Əliyevdən yeni təyinat
25/06/2017 [02:22]:
Zəfərlər bir qədəh şərabla qazanılır!
25/06/2017 [01:55]:
Gömrük rəisi işdən qovuldu
25/06/2017 [00:58]:
Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - reytinq
24/06/2017 [23:29]:
Hindistanla Azərbaycan arasında aqrar anlaşma
24/06/2017 [22:35]:
42 dəst Rusiya hərbi texnikası Bakıya daxil oldu
24/06/2017 [21:33]:
İlham Əliyev Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafına əmindir
24/06/2017 [20:39]:
Vladimir Putin qeyri-leqal kəşfiyyatçı karyerasından danışıb
24/06/2017 [19:44]:
Daha 7 bank filial və şöbəsi gücləndirilmiş iş rejiminə keçib
24/06/2017 [18:41]:
Bakı polisi və prokurorluğu Yasamaldakı qətllə bağlı məlumat yayıb
24/06/2017 [17:39]:
Nazir idman yarışlarını ailə biznesinə necə çevirdi? -araşdırma
24/06/2017 [16:55]:
Hər şeyin yerini bil – Azərbaycanda yeni xidmət saytı yaradıldı
24/06/2017 [16:44]:
Mingəçevirdə evləri su basıb- heyvanlar tələf olub
24/06/2017 [16:08]:
“Formula 1” yarışlarının gedişində bolid yanıb
24/06/2017 [15:39]:
Adı vergi qalmaqalında hallanan məşhur futbolçular...
24/06/2017 [14:48]:
Bakı metropolitenin ən azı 500 işçisi ixtisar ediləcək - əmr
24/06/2017 [13:59]:
Deputat biznesmen xanımın borcunu qaytarmır - təfsilat
24/06/2017 [13:05]:
Məcburi köçkünlər arasında kütləvi dava - Yaralılar var
24/06/2017 [12:15]:
Tanınmış teleaparıcı İradə İsaq alim oldu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Tamerlan Qarayev sükutu pozdu
İlham Əliyev Kəmaləddin Heydərova yeni səlahiyyət verdi - fərman
İlham Əliyev uşaq bağçaları barədə fərman verdi
Yeni vergilər naziri təyin edilib
Tağı Əhmədova yeni vəzifə verildi
İlham Əliyev 8 sərəncam, 10 fərman imzaladı - yenilənib
İlham Əliyevdən yeni təyinat - sərəncam
2 nazir müavini işdən çıxarıldı - rəsmi
Nazir direktoru işdən qovdu - rəsmi
Nazir həkimlərlə bağlı yeni əmr imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin