Böhranın ağırlığını əhali çəkməli olacaq?

21/10/2016 [16:17] - Köşə (8962)
Nəsimi Məmmədli


Ölkəmiz yeni sosial-siyasi mərhələ ərəfəsində olsa da baş verə biləcək olayların təfərrüatlarını proqnoz etmək çox çətindir. Sadəcə onu demək olar ki, bu dönəm çağdaş siyasi tariximizin olduqca mühüm səhifəsi kimi dövlətimizin və vətəndaşlarımızın bundan sonrakı aqibətini müəyyən edəcək. 

Proqnozları çətinləşdirən obyektiv və subyektiv amilləri sadalamaqla vaxt itirmədən qısaca olaraq deyə bilərik ki, ölkədə sosial, iqtisadi, siyasi, hüquqi və psixoloji durum çox gərgindir. Ən təhlükəlisi isə odur ki, ölkədaxili siyasətin konyukturası dövlətçilik ənənəsindən uzaqlaşaraq şəxsi iradəyə tabe etdirilib. Atılan bütün addımlar cəmiyyətin tələbatından, qanunauyğunluqdan və ictimai-siyasi proseslərdən deyil, iqtidarın korporativ maraqlardan qaynaqlanır. 

Məhz bu amilləri nəzərə alaraq, hətta ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı ehtimallara da ehtiyatla yanaşaraq bu diskusiyalardan uzaq durmağa çalışdıq. Çünki siyasi proseslərin qanuna və hüquqa əsaslanması son dövrlər iqtidarı çox az qayğılandırdığı açıq görünür. İstisnalar olsa da heç cəmiyyət də bunu hakimiyyətdən tələb etmir. Sanki xalqımızın əksəriyyəti öz ölkəsində müvəqqəti məskunlaşan mühacirlər kimi davranırlar. 

Yaxın regionda genişlənən hərbi münaqişələr və iqtisadi-siyasi maraqlar fonunda beynəlxalq qlobal güclərin ölkəmizə təzyiqləri də getdikcə artmaqdadır. Xalqımız sosial problemlərin məngənəsində əzilsə də “dözüm” nümayiş etdirməkdə, hökumət isə heç bir çıxış yolu tətbiq etməyə qadir olmasa da köklü islahatlara da başlamamaqdadır. Hələlik əhali dolanışığının, hakimiyyət isə özünü necə qoruyacağının və gücləndirəcəyinin qayğısındadır. 

Hökumətin məsuliyyəti birbaşa iqtidarın üzərində olsa da, cəmiyyətin durumu və gələcəyi ilə bağlı hər bir yetkin vətəndaşın da üzərində məsuliyyət var. Anti-demokratik rejimlərin güclənərək vətəndaş hüquqlarına qənim kəsilməsində, özünəməxsus münasibətlər sistemi formalaşdırmasında vətəndaş laqeydliyinin də çox böyük “xidməti” olduğunu qeyd etmək yəqin ki faydalı olar.  

İqtidar bütün vasitələrlə çalışır ki, ölkədə mövcud olan ictimai-siyasi durum, ənənəvi idarəetmə metodları, sistemdaxili münasibətlər böhranın mənfi təsirlərinə tabe olmasın. Sosial böhran cəmiyyətdə siyasi fəallıq doğurmasın. Əhalini idarəolunan lokal iqtisadi-siyasi gündəmə kökləməklə manipulyasiyanı davam etdirmək mümkün olsun. 

Maraqlıdır ki, konstitusiyaya tələm-tələsik əlavə və dəyişikliklər edilsə də ona uyğun addımların atılması da yubanır. Sanki hansısa gözlənilməzlik iqtidarı tərəddüdlü davranmağa və ya cari planlarının müəyyən hissəsindən müvəqqəti olsa da vaz keçməyə sövq edir. Hökumətin son müşavirəsində də bu amil hiss edilirdi və prezidentin çıxışı əslində çox ciddi məsələlərin cərəyan etdiyinin mesajı idi. İlk dəfə idi ki, müşavirədə iştirak edən komanda üzvlərinin də çox gərgin və ümidsiz görüntüləri ekranda əks olunurdu.

Ölkə başçısının xüsusi sətiraltı eyhamla real durumu dəqiq bilməsini ifadə etməsi və hələ uzun müddət hakimiyyətdə qalacağını xüsusi vurğulaması da təsadüfi deyildi. Hökumət üzvlərinin alqışlarla qarşıladığı bu tezislər yaranmış və artmaqda olan daxili narahatlığı azaltmağa hesablanmışdı. 

Çox güman artıq ölkə rəhbərinə də dəqiq məlumdur ki nəinki sadə xalq, hətta neft gəlirləri ilə uzun müddət bəslədiyi məmur ordusu da onun haqqında nə düşünür və nə xısınlaşır. Cəmiyyətin fəal kəsiminə qarşı polisin gücü ilə aparılan total təzyiq kampanilyası da məhz bu amillə bağlıdır. Müxalif və müstəqil şəxslərə güc tətbiq etməklə məmur ordusunun və sadə xalqın gözünü qorxutmaq xətti tutulub.

Görünən budur ki, gerçək islahatlara başlamağa risk etməyən hökumət ölkəni taleyin ümidinə buraxıb. Büdcənin birdən-birə kəskin azalması getdikcə ölkəni çıxılmaz duruma sala bilər. Uzun müddət proseslərə müqavimət göstərməyə təbii resursları tükənən hökumətin tədricən proseslərin mənfi axınına təslim olmaqdan sığortalanacağı inandırıcı görünmür. Hər dəfə dinc insanların qarşısına hüquq mühafizə orqanlarının gücü ilə çıxmaq yaxşı gələcək vəd etmir.

Artıq Qarabağ probleminin həlli ilə bağlı da cəmiyyəti manipulyasiya etmək imkanının bu dönəm üçün bitdiyini söyləmək mümkündür. ABŞ-ın və Rusiyanın diplomatik mesajları o qənaəti yaradır ki, hökumət problemin mümkün həllində dalana dirənib. Hətta ölkənin ən yüksək tribunasından da buna bənzər etiraflar eşidilir. Deyəsən böhran təkcə sosial-iqtisadi sahədə deyil, siyasi və diplomatik sahəni də əhatə edir.

Ermənistanı fəal şəkildə silahlandıran və arxasında dayanan Rusiyanı təqdir edib, ərazi bütövlüyümüzü dəstəkləyərək vətəndaş hüquqlarına hörmətlə yanaşmağı tələb etdiyi üçün Qərbə savaş açmaq da milli maraqlarımıza təhlükə törədə bilər. Ölkənin strateji əhəmiyyətini və dəyərini cari siyasətə qurban vermək yolverilməzdir.  “Qarabağın müstəqilliyinin tanınması” kimi qəbul edilməz təzyiqlərdən qurtulmaq üçün ölkədaxili siyasət köklü şəkildə dəyişməlidir.                                                              

Xalqımızın son etiraz aksiyalarına laqeyd münasibətindən iqtidarın xeyli arxayınlaşdığı da görünür. Çətinliklərə etiraz etməyərək məhrumiyyətlərə sinə gərmək yolu tutan əhali iqtidara əlavə şans verib. Hökumət bu dəstəkdən bir fürsət olaraq maksimum yararlanmağa çalışır. Etirazları təşkil edən müxalifəti əzməklə sosial problemlərin ağırlığını arxayınlıqla əhaliyə yükləmək üçün inamla addım atır. 

Qiymətlər sürətlə bahalaşır, iş yerləri ixtisar edilir, müxalifətə qarşı təzyiqlər daha da güclənir və büdcə təşkilatlarında çalışanları “könüllü” təsərrüfat işlərinə rahatlıqla cəlb edilməsi imkanı genişlənir. Hətta ictimai rəyi nəzərə almadan illərlə formalaşan müəyyən dini mərasimlərə də yeni qaydaların tətbiqinə başlanılıb. Bir sözlə hökumət bütün resurslarını işə salaraq sosial böhranın ağırlığını tamamilə xalqın üzərinə yükləməyə çalışır. Əslində artıq buna xeyli dərəcədə nail olduğunu da müşahidə etmək mümkündür. Əhali böhranın ağırlığını çəkə biləcəkmi?
...
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Hakimin ağılsız qərarı "Çelsi"nin azerkeşlərini də təəccübləndirib- məşhur İngiltərə qəzeti
Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı
Ərdoğan Soçidən niyə əliboş qayıtdı? - təhlil
Şəkidə sakinlər icra başçısını qovublar - etiraz aksiyası
Xəbər lenti
24/11/2017 [00:19]:
İlham Əliyev sərəncam verdi
24/11/2017 [00:02]:
Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: 2 ölü-yenilənib
23/11/2017 [23:39]:
“Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq” – Siyavuş Novruzov
23/11/2017 [22:37]:
"Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir" - Çavuşoğlu
23/11/2017 [21:42]:
Avropa Birliyindən Bakı və Yerevana çağırış
23/11/2017 [20:57]:
Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi
23/11/2017 [20:33]:
İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi
23/11/2017 [19:57]:
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
23/11/2017 [19:45]:
Gənclər və İdman Nazirliyində korrupsiya faktları - Rəsmi
23/11/2017 [19:30]:
Qarabağla bağlı "Putin Planı"na aydınlıq gətirildi - Zaxarovadan açıqlama
23/11/2017 [19:12]:
Yalçın İmanov Vəkillər Kollegiyasından necə çıxarılıb? - İclasın stenoqramı
23/11/2017 [18:59]:
Lənkəranda büdcə korrupsiyası üzə çıxdı - Rəsmi
23/11/2017 [18:42]:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yoxlama - Palata nöqsanlar aşkarladı
23/11/2017 [18:15]:
Əsgərimizin meyiti təmas xəttində tapıldı - Nazirlik məlumat yaydı
23/11/2017 [18:03]:
Nazir əmr verdi, 70 nəfərlik komissiya rayonlarda yoxlamaya başladı - Nələr aşkarlandı?
23/11/2017 [17:49]:
Yalçın İmanova ilk beynəlxalq dəstək
23/11/2017 [17:39]:
Meksikalı “Koko” Bakıda
23/11/2017 [17:15]:
Qaraqoyunlu, Ağqoyunlu dövləti olmayıb... - Tarxiçidən maraqlı fikirlər
23/11/2017 [17:03]:
Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlar - səfir yazır
23/11/2017 [16:57]:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq" - Cavid Qurbanov
23/11/2017 [16:42]:
"Kürd referendumu"nu dəstəkləyən məmur işdən çıxarıldı
23/11/2017 [16:15]:
Bir manatlıq pullar dəmir olacaq - Mərkəzi Bankdan açıqlama
23/11/2017 [15:55]:
"Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb - Rəsmi
23/11/2017 [15:39]:
Rusiyada bir qrup azərbaycanlıya ağır cəza verildi - 86 il həbs
23/11/2017 [15:21]:
"AST Telman" Fransadan sığınacaq istədi və Rusiyaya meydan oxudu - "Əlimdə kompromatlar var"
Bütün xəbərlər...
...
Həftənin ən çox oxunanları
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya
İlham Əliyev veteran YAP-çılarla bağlı sərəncam verdi - siyahı
Azərbaycanda mənzil satışı qaydaları dəyişdirilir - layihə
Ərdoğanın etirafından sonra hansı yolumuz qaldı? - təhlil
Ziya Məmmədovun daha iki obyekti əlindən alındı
Qalmaqallı layihə Milli Məclisdə müzakirəyə çıxarılır
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev
Moskvada kriminal aləmin "kralı" kim olacaq? - "Quli"ni də dəstəkləyənlər var
Azərbaycanın məşhur klinikasında nə baş verir? - təfsilat
Benzinin bahalaşması avtomobil satışını iflic edib - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin