Penitensiar Xidmətin yeni rəis necə işləyir? – araşdırma

31/08/2016 [19:03] - Köşə (13016)
Zaur İbrahimli


Sentyabrın 6-da Penitensiar Xidmətə yeni rəis təyin olunmasından 3 ay ötəcək.

Xatırladaq ki, iyunun 6-da general-mayor Ceyhun Həsənov Penitensiar Xidmətə yeni rəis təyin olunub. O, bu postda hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olan Mədət Quliyevi əvəzləyib.

Penitensiar Xidmət, bu sahədə aparılan islahatlar, cəzaşəkmə müəssisələrində vəziyyət, bu sahədəki problemlər  hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Bu səbəbdən də hər yeni rəis təyinatından sonra penitensiar sistemin işinə ictimai diqqət bir qədər də artır.

Xatırladaq ki, son 11 ildə Penitensiar Xidmətdə 3 rəis dəyişib: 2005-2011-ci illərdə Nazim Ələkbərov, 2011-2015-ci illərdə Mədət Quliyev quruma rəhbərlik edib,  bu il iyunun 6-dan isə Ceyhun Həsənov bu postdadır.

Son 11 ildə penitensiar sistemin özündə də ciddi dəyişikliklər baş verib. 1993-cü ildə tarixi ənənə və dünya təcrübəsi əsas götürülərək, penitensiar sistem, istintaq təcridxanaları istisna olmaqla, Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq, Ədliyyə Nazirliyinə verilib: Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi (MQİBİ) yaradılıb, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanı iləsə MQİBİ Penitensiar Xidmət adlandırılıb.

Məlumat üçün bildirək ki, 2000-ci ildə Cəzaların İcra Məcəlləsi də qəbul edilib. 2012-ci ildə isə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun qəbul edilib. 2014-cü ildə Nazirlər Kabineti “Həbs yerlərinin daxili intizam Qaydaları”nı təsdiq edib.

Pentensiar sistemin fəaliyyəti ilə bağlı normativ bazanın təkmilləşdirilməsində dünya ölkələrinin bu sahədəki qanunvericilik təcrübəsi, Avropa ölkələrində həbs yerlərində saxlama şəraiti ilə bağlı yeniliklər, penitensiar qaydalar nəzərə alınıb. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi hazırlanarkən, ATƏT-in ekspertləri də rəy verib.

 2006-cı ildən Penitensiar Xidmətə ictimai nəzarətin təmini məqsədiylə Azərbaycan Respublikası Ədliyyə nazirinin yanında İctimai Komitə fəaliyyət göstərməyə başlayıb.

Ədliyyə Nazirliyi ilə Avropa İttifaqı  arasında 2011-ci ildə icrasına başlanılmış layihə çərçivəsində ədliyyə sahəsindəki islahatlara 14,5 milyon avro məbləğində vəsait ayrılıb. Bu vəsaitdən 6 milyon manat məhz Penitensiar Xidmətdə aparılan islahatların payına düşüb. 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və ona edilmiş əlavə və dəyişikliklərdə məhkumlarla rəftara dair beynəlxalq sənədlər nəzərə alınıb, cəza çəkən şəxslərin hüquq və azadlıqlarının dairəsi xeyli genişləndirilib.

Məhkumların və təqsirləndirilən şəxslərin saxlanılma şəraitinin daha da yaxşılaşdırılması, onun beynəlxalq standartlara yaxınlaşdırılması məqsədilə penitensiar müəssisələrdə rekonstruksiya, maddi-məişət obyektlərinin cari və əsaslı təmiri işləri aparılıb, cəzanın çəkilməsi üçün şərait yaxşılaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə respublikanın müxtəlif regionlarında, o cümlədən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran, Kürdəmir və Qobustanda müasir tipli penitensiar müəssisələrin inşasına başlanılıb. Bu vaxta qədər Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, Bakı və Şəki istintaq təcridxanası istifadəyə verilib. Gəncə və Qobustanda isə penitensiar müəssisələrin tikintisi başa çatmaq üzrədir.

Məhkumların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı müəssisələrdə klublar, kitabxanalar, əksər müəssisələrdə peşə və orta ümumtəhsil məktəbləri, idman meydançaları və kompyuter otaqları təşkil edilib. Dini etiqad azadlığının təmin edilməsi məqsədilə, müəssisələrdə ibadət yerləri təşkil olunub, dini mərasimlərin həyata keçirilməsinə, dövlət qeydiyyatından keçmiş dini qurumların nümayəndələrinin məhkumlarla görüşünə şərait yaradılıb.

Məhbusların saxlanma şəraitinin daha da yaxşılaşıdırılması sahəsində son illər həyata keçirilən tədbirlər, qanunvericiliyin humanistləşdirilməsi istiqamətindəki dəyışikliklərlə əvvəllər mövcud olmuş bir çox məhdudiyyətlər aradan qaldırılıb.

26 may 2006-cı ildə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda ədliyyə işçıləri, o cümlədən Penitensiar Xidmətin əməkdaşları üçün ilk dəfə olaraq çoxsaylı güzəştlər və imtiyazlar müəyyən edilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2001-ci ildən Penitensiar Xidmətin nəzdində Təlim Mərkəzi təşkil olunub.

Sözsüz ki, Pentensiar Xidmətdə həyata keçirilən bu islahatlarda hər yeni rəhbərin özünəməxsus rolu və vəzifələri olub.

Penitensiar sistemin fəaliyyətinin müasir standartlar əsasında qurulması ilə bağlı ilkin hazırlıq işləri Nizami Ələkbərovun dövrünə düşüb. Onun rəhbərlik etdiyi 6 ili daha çox “keçid dövrü” kimi xarakterizə etmək olar.

N.Ələkbərovdan sonra penitensiar sistemin fəaliyyətinin yenidən qurulması – ilkin praktik addımların atılması, qanunvericiliyin təkmilləşdirilməsi məhz M.Quliyevin Xidmətə rəhbərlik etdiyi illərdə olub…

Hazırda isə yeni rəisin – general Ceyhun Həsənovun qarşısında çox mühüm vəzifələr durur ki, bu da ilk növbədə, indiyə qədər əldə olunan nəticələrə söykənərək, mövcud problemlərin həllindən və daha çox praktik müstəvidə naliyyətlərin əldə edilməsindən ibarətdir.  Çünki indiyə qədər normativ bazanın təkmilləşdirilməsi, demək olar ki, əsasən başa çatıb. Hazırda daha çox intizamın möhkəmləndirilməsi, korrupsiya hallarının azaldılması, məhkumlara münasibətdə ayrı-seçkiliyə son qoyulması, qidalanma, məşğulluğun təmin edilməsi, rekonstruksiya işlərinin davam etdirilməsi, narkotik maddələrin yayılmasının qarşısının alınması, sanitar-gigiyena, asudə vaxtın səmərəli təşkili və təhsil məsələlərinə, personalın peşəkarlığının artırılmasına  diqqət yetirilməsinə ehtiyac var.

Yənu, söhbət o məsələlərdən gedir ki, Penitensiar Xidmətdə daha yaxşı idarəçilik, yüksək intizam, effektiv nəzarət mexanizmi tətbiq etməklə, mövcud resurslarla daxili imkanlardan daha dolğun istifadə olunmasıyla müsbət nəticələr qazanmaq olar. Bütün bunlar isə xeyli dərəcədə məhz Penitensiar Xidmət rəisinin yanaşmasından,  işləmək tərzindən, liderlik keyfiyyətlərindən asılıdır.

Ötən 3 ay general-mayor Ceyhun Həsənovun fəaliyyətini qiymətləndirmək baxımından çox az müddət olsa da, Penitensiar Xidmətin yeni rəisinin yanaşması, idarəçilik tərzi barədə ilkin təəssüratların əldə edilməsi üçün yetərlidir. 

Penitensiar Xidmətdən, məhkumların yaxınlarından, eləcə də müxtəlif kanallardan mediaya gəlib çıxan informasiyalardan belə anlaşılır ki, yeni rəis daha çox məhkuma humanist yanaşması ilə seçilir və bu 3 ayda əsas diqqətini məhz daxili intizamın möhkəmləndrilməsinə, qidlanmanın yaxşılaşdırılmasına, məhkumlara münasibətdə ayrı-eçkiliyə son qoyulmasına yönəldib. 

Eyni  zamanda, rəhbər heyətin fəaliyyətini də ciddi nəzarətə götürüb və nöqsanların araşdırılmasına, obyektiv qiymətləndirmənin tətbiqinə xüsusi fikir verir.

Cəzaşəkmə müəssisələrinə kənar müdaxilələrin qarşısının alınmasına xüsusi səy göstərdiyi də diqqətçəkən xüsusuiyyətlərindəndir.

Deyilənə görə, havaların isti keçməsi ilə əlaqədar olaraq, məhkumlara günorta yatmağa icazə verilib, kameraların sərinləşdirilməsi üçün əlavə tədbirlər görülüb. Cəzaçəkmə müəssislərində məhkumların şəxsi ehtiyacları üçün məhsulların satıldığı dükanların fəaliyyəti yenidən qurulub, nizama salınıb…

Sözsüz ki, bu işlərdə C.Həsənovun polis sistemində öyrəndiyi təcrübə onun işinə xeyli kömək edir. Xatırladaq ki, C.Həsənov da məhz polis sitemindən Penitensiar Xidmətə transfer edilən kadrlardandır və o, əvvəlki xidmət yerində məhz yüksək peşəkarlığı, əməliyyat imkanlarının genişliyi, prinsipial xarakteri, eləcə də kollektivlə işləmək bacarığı və rəhbər keyfiyyətləriylə seçilən fiqurlardan sayılıb. 

Penitensiar Xidmətə yaxın mənbələrin sözlərinə görə, yeni rəisin təşkilatçılığı və nizam-intizama xüsusi fikir verməsi, ən xırda detallara belə varması personal və rəhbər heyətin ilk günlərdən  diqqətini çəkib. Bununla belə, yeni rəisin personal üçün asan əlçatan olması da təqdirediləsi xüsusiyyətlərdən biri kimi göstərilməkdədir.

Bu haqda rəyini öyrəndiyimiz şəxslərdən biri – Ədliyyə Nazirliyi yanında Pentitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev də bizimlə söhbətində yeni rəisin 3 aylıq fəaliyyətinin artıq ilk bəhrələrinin göründüyünü diqqətə çatdırıb: “Xüsusən intizamın möhkəmləndirilməsi, saxlanma şəraitinin daha da yaxşılaşdırılması, peşəkar kadrların irəli çəkilməsi istiqamətində addımlar atılır. Biz mütəmadi olaraq monitorinqlər aparırıq və müsbət dəyişikliklər müşahidə edirik.  Məhkumlara verilən çörəyin keyfiyyəti yaxşılaşıb. Personalın məhkumlarla davranışında müsbət dəyişikliklər var. Bəzi məhkumlara münasibətdə tətbiq olunan imtizyazlar aradan qaldırılıb.  Eyni zamanda cəzaçəkmə müəssisələrində vakant yerlərin doldurulması üçün işlər həyata keçirilir. Ədliyyə Nazirliyi ilə daha yaxşı koordinasiya nəzərə çarpır. Yeni rəis bütün cəzaçəkmə müəssisələrinə gedir və vəziyyətlə yerində tanış olur. Bir sözlə, ümumi atmosferin müsbət tərəfə dəyişməsi müşahidə edilir”.

İctimai Komitənin digər üzvü Şahin Camalov isə qeyd edir ki, penitensiar sistemdə islahatların davam etdiriləcəyini gözləyir və bu istiqamətdə addımların atıldığından məlumatlıdır. Onun sözlərinə görə, yeni rəis də, şübhəsiz ki, müsbət yeniliklər tətbiq edəcək. Bununla bağlı ilkin addımların atılması müşahidə olunur…

Strateq.az
Qara dəftərdəki icra başçılarının adları İlham Əliyevə təqdim edilib - siyahı
Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu - məhkəmə
Bakıda idman klubuna silahlı basqın - 15 yaralı var
Qum adasındakı neft quyusunda qəza: 1 ölü, 3 yaralı
Trampla İlham Əliyevin söhbətinə ABŞ prezidentinin qızı da qatılıb
Xəbər lenti
28/03/2017 [13:41]:
Ermənilər mövqelərimizi snayper tüfənglərindən atəşə tutub
28/03/2017 [13:33]:
İlham Əliyev Saatlıda müşavirə keçirir - yenilənib
28/03/2017 [13:29]:
Dolların yeni məzənnəsi - 1,7220 manat
28/03/2017 [13:27]:
Gürcüstandan Ermənistana silah ilə bağlı daha bir nəfər tutulub
28/03/2017 [13:15]:
Bu gün magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
28/03/2017 [12:48]:
Oqtay Əsədov medal aldı
28/03/2017 [12:46]:
Jurnalistlərə mane olmağa görə cəzanın cəriməsi artırılır
28/03/2017 [12:43]:
Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycanla matçı "Böyük oyun" adlandırıb
28/03/2017 [12:41]:
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb
28/03/2017 [12:23]:
Azərbaycanda deputatın qızının evinə basqın edildi - təfsilat
28/03/2017 [12:17]:
Azərbaycanda son 14 ildə 30 əfv sərəncamı imzalanıb
28/03/2017 [11:55]:
Məsut Özil Azərbaycana təşəkkür etdi
28/03/2017 [11:18]:
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
28/03/2017 [11:01]:
Ruhaninin “Instagram” fotoları İranı qarışdırdı
28/03/2017 [10:46]:
Almaniya millisinin müdafiəçisi: "Azərbaycanla oyuna laqeyd yanaşdıq"
28/03/2017 [10:42]:
Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq edib
28/03/2017 [10:41]:
Qullit: "Niderland yığmasına kömək etməyə hazıram"
28/03/2017 [10:18]:
Ucarda iki yük maşını toqquşub, 1 nəfər ölüb
28/03/2017 [09:43]:
Trampın kürəkəni Amerika İnnovasiya Ofisinin rəhbəri təyin olunub
28/03/2017 [09:13]:
Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub
28/03/2017 [00:10]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
27/03/2017 [23:23]:
Azərbaycanda 3 min manata xoruz satılır
27/03/2017 [22:27]:
Alimlər Avropanın bir hissəsinin su altında qalacağı vaxtı açıqlayıblar
27/03/2017 [21:52]:
“Twitter” pullu olacaq?
27/03/2017 [21:26]:
Moskvada Mstislav Rostropoviçin xatirə lövhəsinin açılışı olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qara dəftərdəki icra başçılarının adları İlham Əliyevə təqdim edilib - siyahı
Putin müharibə əmri verdi - çeçenlərə qarşı
Fövqəladə hallar nazirinin müavini həbs edildi - rəsmi
Trampla İlham Əliyevin söhbətinə ABŞ prezidentinin qızı da qatılıb
Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyuldu - məhkəmə
Azərbaycanda 2 polis bıçaqlandı - rəsmi
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Azərbaycanda evə silahlı basqın - baş həkim öldürüldü
Bakıda idman klubuna silahlı basqın - 15 yaralı var
Ziya Məmmədov YAP-dan çıxarılmayıb - qardaşından açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: [email protected]
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin