Beynəlxalq Bank üçün 3 milyardlıq istiqraz

01/09/2015 [16:21] - İqtisadiyyat (536)



“Aqrarkredit” QSC nizamnamə kapitalını 12 milyon 669 min 490 manata qaldırır.
 
26 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nominal dəyəri 0,67 manat olan 18 909 688 ədəd adi adlı səhmlərin buraxılışı AZ1002008352 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeydiyyat nömrəsi AZ1001008353 və nominal dəyəri 1,00 manat olan 196 672 ədəd adi adlı səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.  
 
Emissiya baş tutsa, “Aqrarkredit”in nizamnamə kapitalı 196 min 672 manatdan 12 milyon 669 min 490  manata artacaq.
 
3 MİLYARD MANATLIQ İSTİQRAZ BURAXIR
 
Eyni zamanda, 26 avqust 2015-ci il tarixdə “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 3 000 000 000 ədəd faizli təminatlı istiqrazlarının buraxılışı AZ2001008351 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  
 
BEYNƏLXALQ BANKIN SAĞLAMLAŞDIRILMASI İLƏ BAĞLIDIR
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avqustun 7-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalamışdı.
 
Nazirlər Kabinetinə fərmanla təsdiq olunmuş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılımışdı.
 
Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılmışdı.
 
Qeyd edək ki, dövlət başçısının 15 iyul tarixli fərmanı ilə Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankına on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının  idarəetməsinə verilməsi üçün tədbirlər görmələri tapşırılıb.
 
Bu fərmanda nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır. (Marja)
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
24/10/2017 [11:07]:
Həbsdən qaçışa görə vəzifəli şəxslər saxlanıldı - Adlar
24/10/2017 [10:47]:
Binəqədinin bir hissəsinə su məhdudiyyətlərlə veriləcək
24/10/2017 [10:15]:
Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır
24/10/2017 [09:52]:
Bərdənin su təchizatında problem yarandı
24/10/2017 [09:32]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24/10/2017 [01:03]:
İlin ən yaxşı futbolçusu məlum olub
24/10/2017 [00:21]:
İlham Əliyevdən daha bir sərəncam
23/10/2017 [23:29]:
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23/10/2017 [22:38]:
Maltalı jurnalist neftə görə öldürülüb
23/10/2017 [21:47]:
Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib
23/10/2017 [20:54]:
Bağlanan 11 bankın əmanətçilərinə 748 milyon manat ödənilib
23/10/2017 [20:25]:
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
23/10/2017 [20:18]:
Müsavat Bakı meriyasının qarşısında piket keçirəcək
23/10/2017 [19:57]:
Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib
23/10/2017 [19:42]:
Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23/10/2017 [19:25]:
Azərbaycan Karate Federasiyasında böhran - "Onları saxlaya bilmirik"
23/10/2017 [19:21]:
Sarkisyan Rusiya ilə vahid qoşun qruplaşması yaradılması haqda sazişi təsdiqlədi
23/10/2017 [19:10]:
Dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
23/10/2017 [18:42]:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - Qalmaqal
23/10/2017 [18:22]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən qadağan olunur
23/10/2017 [18:07]:
Məhbusların qaçması ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23/10/2017 [18:05]:
Bakıda 108 min manatlıq dondurma qalmaqalı
23/10/2017 [17:55]:
Hərbiçilərin kompensasiyası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
23/10/2017 [17:53]:
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - Xəbərdarlıq
23/10/2017 [17:30]:
Həbsdən qaçan "Qoca" kimdir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Kəmaləddin Heydərov qadın generalı istefaya göndərdi
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Kapitan gəmini partlatmaq istədi - Bakıda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin