Demokratik Təşəbbüslər İnstitutundan sərt seçki hesabatı

31/08/2015 [16:22] - Siyasət (463)



Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 1 noyabr parlament seçkiləri ərəfəsində Azərbaycanda demokratik vəziyyətin qiymətləndirilməsinə dair hesabat yayıb.
 
5 səhifəlik sənəddə deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də ölkədə hələ də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur.
 
Son 12 il­də Seçki Mə­cəl­lə­si­nə ictimai razılıq olmadan 200-dək əla­və və də­yi­şik­lik edilib. Mə­cəl­lə­yə edi­lən də­yi­şik­lik­lər  çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­tid­emok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, azad­lıq­la­rı da­ral­da­caq nor­ma­lar ol­ub.
 
Belə ki,  seçki kampaniyasının müd­də­ti­ 120-dən 60 gü­nə­dək qı­sal­dılıb, im­zatop­la­ma müd­də­ti­ 2 də­fə azal­dılıb, si­ya­si təş­vi­qat müd­dət­i 22 gü­nə sa­lın­ı­b.
 
Bundan əlavə, təş­vi­qat üçün möv­cud olan plat­for­ma­la­rın sa­yı­ azal­dılıb, sər­bəst top­laş­ma yerlə­ri­nin hər ra­yon­da cə­mi bir yer ilə məhdudlaşdırılıb. kö­nül­lü pul depo­zi­ti­ ləğv edilib və di­gər  möv­cud im­kan­la­r məh­dud­laş­dı­rılıb.
 
Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır.
 
Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə  olan etimadı sıfıra endirir.
 
Beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, qarşıdakı seçkilər hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir.
 
Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.
 
Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində bir məkanda yarımqapalı mitinqlər keçirilməsinə imkan verilir.
 
Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Siyasi gündəmli toplantıların hətta 5 ulduzlu  hotellərin toplantı salonlarında belə keçirilməsinə imkan verilmir.
 
Həbslər, məhkəmə prosesləri,  maliyyə sanksiyaları, bank hesablarına həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.
 
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq ələbaxımlı duruma düşüb.
 
DTİ 2013-cü ilin noyabrında bir qrup tanınmış hüquqşünas və ictimai xadim tərəfindən  yaradılıb (DTİ-yə MSK-nın üzvü Akif Qurbanov rəhbərlik edir. Vaxtilə Ümid Patiyasından bura nümayəndə göndərilib).
 
Bu QHT 1 noyabr parlament seçkilərinin monitorinqini keçirmək, seçkilərdə iştirak edən  tərəflərin maarifləndirilməsinə xidmət etmək, həmçinin hüquqları pozulan vətəndaşlara hüquqi yardım göstərmək niyyətindədir.
 
Sonda DTİ bir neçə tövsiyə irəli sürüb:
 
- siyasi və vicdan məhbusu kimi tanınan şəxslər (100-ə yaxın adam) həbsdən azad edilməlidir;
 
- Seçki Məcəlləsinin ATƏT və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatların hüquqi təşəbbüsləri dəstəklənməlidir;
 
- sərbəst toplaşmaq və birləşmək azadlığnın təmin olunması yönündə ciddi tədbirlər həyata kecirilməli, bu məqsədlə siyasi partiyalar və QHT-lərə sərbəst fəaliyyət imkanları yaradılmalıdır;
 
- piket, mitinq və yuruşlərin kecirilməsi ucun mərkəzdə yerlər müəyyən olunmalı və aksiyaların təhlükəsizliyi təmin edilməlidir;
 
- seçki komissiyalarına və seçki prosesinə yerli icra strukturlarının, vəzifəli şəxslərin müdaxilələrinə birdəfəlik son qoyulmalıdır;
 
- seçkilərdə ictimai etimadın və rəqabətli mühitin yaradılması üçün televiziyalarda, o cümlədən İctimai Televiziyada muxalif və mustəqil namizədlərin debatları təşkil edilməli, fikir pluralizmi təmin edilməlidir;
 
- seçki komissiyalarının üzvləri və hakim korpusuna  seçki qanunvericiliyinin tətbiqi və buna dair Avropa İnsan Hüquqları  Konvensiyası, eləcə də onun presedent hüququnun istifadəsini stimullaşdırmaq üçün səmərəli təlimlər keçirilməlidir. (contact.az)
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
24/10/2017 [11:07]:
Həbsdən qaçışa görə vəzifəli şəxslər saxlanıldı - Adlar
24/10/2017 [10:47]:
Binəqədinin bir hissəsinə su məhdudiyyətlərlə veriləcək
24/10/2017 [10:15]:
Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır
24/10/2017 [09:52]:
Bərdənin su təchizatında problem yarandı
24/10/2017 [09:32]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24/10/2017 [01:03]:
İlin ən yaxşı futbolçusu məlum olub
24/10/2017 [00:21]:
İlham Əliyevdən daha bir sərəncam
23/10/2017 [23:29]:
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23/10/2017 [22:38]:
Maltalı jurnalist neftə görə öldürülüb
23/10/2017 [21:47]:
Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib
23/10/2017 [20:54]:
Bağlanan 11 bankın əmanətçilərinə 748 milyon manat ödənilib
23/10/2017 [20:25]:
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
23/10/2017 [20:18]:
Müsavat Bakı meriyasının qarşısında piket keçirəcək
23/10/2017 [19:57]:
Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib
23/10/2017 [19:42]:
Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23/10/2017 [19:25]:
Azərbaycan Karate Federasiyasında böhran - "Onları saxlaya bilmirik"
23/10/2017 [19:21]:
Sarkisyan Rusiya ilə vahid qoşun qruplaşması yaradılması haqda sazişi təsdiqlədi
23/10/2017 [19:10]:
Dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
23/10/2017 [18:42]:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - Qalmaqal
23/10/2017 [18:22]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən qadağan olunur
23/10/2017 [18:07]:
Məhbusların qaçması ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23/10/2017 [18:05]:
Bakıda 108 min manatlıq dondurma qalmaqalı
23/10/2017 [17:55]:
Hərbiçilərin kompensasiyası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
23/10/2017 [17:53]:
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - Xəbərdarlıq
23/10/2017 [17:30]:
Həbsdən qaçan "Qoca" kimdir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Kəmaləddin Heydərov qadın generalı istefaya göndərdi
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Kapitan gəmini partlatmaq istədi - Bakıda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin