“Azdrama”nın bir qrup tanınmış aktyoru prezidentə şikayət etdi

31/08/2015 [16:14] - Mədəniyyət (461)



Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru prezident İlham Əliyeva müraciət ünvanlayıb. Teatrdan Lent.az-a verilən məlumata görə, müraciət müəllifləri Akademik Milli Dram Teatrında yaranan vəziyyətlə əlaqədar ölkə başçısından kömək istəyiblər: “Sizin etimadınızı doğrultmaq üçün var-gücüylə çalışan kollektivimizin bütün problemləri 2010 - cu ildən, Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin olunmasından sonra yaranıb. Onun kollektivlə ilk görüşü yaradıcı heyəti aşağılamaqla və bu vaxta qədər görülən işlərin heç nəyə yaramadığını, səviyyəsiz və mənasız işlər olduğunu söyləməklə başlayıb.
 
Yeni təyin olunmuş direktorun kollektivimizin ünvanına söylədiyi bu haqsız fikirlərinə və aşağılayıcı münasibətinə baxmayaraq, biz işlərimizə davam etdik. Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir”.
 
Müraciətdə qeyd edilib ki, daim zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır: “Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən  Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu. "Parçala, hökm sür" siyasətini ustalıqla həyata keçirən İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi.
Beləliklə, Azərbaycan Xalqının 143 illik tarixi olan sənət ocağı — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, bir nəfərin hikkəsi və iradəsi ilə bütün mənalarda dağıdılır və məhv edilir.
 
Dövlətin səlahiyyətli orqanları tərəfindən hər hansı bir vəzifəyə təyin edilmiş şəxs rəhbəri olduğu kollektivə dəyər verməli, hörmət etməlidir. Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır. Biz inanırıq və əminik ki, bu prosesi Siz, cənab Prezident, yalnız Siz dayandıra bilərsiniz.  
 
Biz aşağıda imza edənlər, Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Siz kollektivimizin ən çətin zamanlarında, həmişə bizə dayaq olmusunuz, bütün problemlərimizi həll etmisiniz, əminik ki, həmişə olduğu kimi, bu dəfə də bizə dayaq olacaqsınız.
 
143 illik tarixi olan Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”.
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
24/10/2017 [11:07]:
Həbsdən qaçışa görə vəzifəli şəxslər saxlanıldı - Adlar
24/10/2017 [10:47]:
Binəqədinin bir hissəsinə su məhdudiyyətlərlə veriləcək
24/10/2017 [10:15]:
Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır
24/10/2017 [09:52]:
Bərdənin su təchizatında problem yarandı
24/10/2017 [09:32]:
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24/10/2017 [01:03]:
İlin ən yaxşı futbolçusu məlum olub
24/10/2017 [00:21]:
İlham Əliyevdən daha bir sərəncam
23/10/2017 [23:29]:
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23/10/2017 [22:38]:
Maltalı jurnalist neftə görə öldürülüb
23/10/2017 [21:47]:
Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib
23/10/2017 [20:54]:
Bağlanan 11 bankın əmanətçilərinə 748 milyon manat ödənilib
23/10/2017 [20:25]:
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
23/10/2017 [20:18]:
Müsavat Bakı meriyasının qarşısında piket keçirəcək
23/10/2017 [19:57]:
Türkiyə İŞİD sıralarında döyüşmüş keçmiş hərbçini Rusiyaya təhvil verib
23/10/2017 [19:42]:
Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23/10/2017 [19:25]:
Azərbaycan Karate Federasiyasında böhran - "Onları saxlaya bilmirik"
23/10/2017 [19:21]:
Sarkisyan Rusiya ilə vahid qoşun qruplaşması yaradılması haqda sazişi təsdiqlədi
23/10/2017 [19:10]:
Dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
23/10/2017 [18:42]:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - Qalmaqal
23/10/2017 [18:22]:
Uşaqların dini mərasimlərə aparılması rəsmən qadağan olunur
23/10/2017 [18:07]:
Məhbusların qaçması ilə bağlı Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23/10/2017 [18:05]:
Bakıda 108 min manatlıq dondurma qalmaqalı
23/10/2017 [17:55]:
Hərbiçilərin kompensasiyası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi
23/10/2017 [17:53]:
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - Xəbərdarlıq
23/10/2017 [17:30]:
Həbsdən qaçan "Qoca" kimdir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Kəmaləddin Heydərov qadın generalı istefaya göndərdi
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Kapitan gəmini partlatmaq istədi - Bakıda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin